Əliyev Sərkisyanla görüşdən niyə imtina edir?

1-09-2015, 08:57   
Əliyev Sərkisyanla görüşdən niyə imtina edir?
Bunun arxasında ABŞ-da Əliyevi çətin danışıqların gözləməsi dayana bilərmi?

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistan və Azərbaycan rəhbərliyinin görüşünün alınmaması bir sıra neqativ məqamları ortaya qoyur. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin təşkil etdiyi bu görüşdən ən son anda imtina olunur.

Azərbaycan prezidenti Ilham Əliyevin BMT-nin yubiley sessiyasında iştirakı və çıxışı gözlənilsə də, Ermənistan prezidenti ilə əvvəlcədən bəyan olunan görüş çox güman keçirilməyəcək. Hakimiyyət təmsilçilərindən gələn açıqlamalar onu deməyə əsas verir ki, bu görüşün baş tutmaması tam realdır. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında Əliyevlə Sərkisyanın görüşünün baş tutmayacağına eyham vurub.

“Rusiyanın siyasəti Azərbaycanı pis duruma salır”

Ekspertlərin qənaətincə, müzakirənin məhz belə sonluqla bitməsi Rusiyanın fəaliyyətinin nəticəsidir. Amma Azərbaycan hakimiyyəti Rusiyanın planlarını gerçəkləşdirməklə özünü danışıqlar prosesində çox pis formada təqdim edir. Belə görüntü yaranır ki, Azərbaycan tərəfi danışıqlar prosesinin davam etdirilməsində, irəliləyişə nail olunmasında maraqlı deyil. Bu isə Azərbaycanın maraqlarına zidd imic yaradır.

Son illər ərzində ATƏT-in Minsk qrupu ölkələri içərisində ABŞ işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı konkret mövqe nümayiş etdirməklə başqalarından fərqlənib. Buna baxmayaraq Azərbaycanla ABŞ arasında münasibətlər kifayət qədər gərgindir. Başlıca səbəb ABŞ-ın Azərbaycan hakimiyyətinin yürütüdüyü repressiya siyasətinə sərt münasibət göstərməsi olub. Elə bu yaxınlarda ABŞ-ın ATƏT-dəki səfiri Bayer açıq şəkildə bu repressiyalardan danışıb. Bununla yanaşı o, hakimiyyətin repressiya siyasətini Azərbaycanla Qərb arasındakı münasibətlərə çox ciddi mənfi təsir göstərdiyini bildirib. Bütün bunlara baxmayaraq Azərbaycan hakimiyyəti repressiya siyasətindən əl çəkmək istəmədiyini konkret addımlarla nümayiş etdirir.

Ilham Əliyev danışıqlardan niyə yayınır?

ABŞ-Azərbaycan münasibətlərinin kifayət qədər gərgin olduğu vaxtda Ilham Əliyev ABŞ-a getməkdə maraqlı deyil. Heç bir şübhə yoxdur ki, münasibətlərin bu qədər gərgin olduğu zamanda Ilham Əliyevin ABŞ-a səfəri zamanı onunla danışıqlar kifayət qədər sərt tonda gedə bilər. Ona görə istisna deyil ki, hakimiyyət ən son anda, ümumiyyətlə, bu səfərdən imtina edərək, ABŞ-a dövlət başçısının yerinə başqa rəsmini göndərə bilər. Çünki, ABŞ və digər Qərb ölkələri hakimiyyətin yürütdüyü siyasətdən narahatlıqlarını dəfələrlə kəskin şəkildə ifadə ediblər. Məhz Qərbin bu siyasətinin davamı hakimiyyəti hətta Dağlıq Qarabağla bağlı mühüm addımın atılmasından da çəkindirir.

Hikmət

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.