Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun obyektlərində audit yoxlaması aparılır. İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, icra başçısının taleyi bu yoxlamanın nəticəsindən asılıdır.
Məlumatda deyilir ki, yoxlama təxminən bir həftədir başlayıb. Xaləddin İsgəndərovun bundan ciddi şəkildə narahat olduğu bildirilir. Bundan başqa icra başçısının Binəqədidə gördüyü abadlıq və təmir-tikinti işləri ilə bağlı da yoxlamaların aparılacağı bildirilir.
Qeyd edək ki, Xaləddin İsgəndərov Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğından sonra hədəfə gəlib. Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan icra başçısının adı bu hadisədə əsas günahkarlardan biri kimi hallanıb.