Sərkisyan Putinin yanında Azərbaycanı yamanladı

16-09-2015, 09:12   
Sərkisyan Putinin yanında Azərbaycanı yamanladı

“Rusiya NATO-su”nun sammitində Ermənistan prezidenti yenə Bakıdan şikayətləndi; bu ayın sonunda işğalçı ölkədə qurumun hərbi təlimləri keçiriləcək - Azərbaycana qarşı növbəti hədə...

Sentyabrın 15-də Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sammiti keçirilib. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistanın prezidentləri regional və qlobal əhəmiyyətli təhlükəsizlik məsələlərini, o sırada İŞİD mövzusunu və aktuallıq kəsb edən digər məsələləri müzakirə ediblər. Bu mövzularda bir sıra ortaq sənədləri qəbul ediblər.

Ölkə başçılarının toplantısından öncə üzv dövlətlərin xarici işlər və müdafiə nazirləri, 6 ölkənin Təhlükəsizlik Şurasının katibləri komitəsinin iclası keçirilib. Danışıqların yekununda Rusiya Müdafiə Nazirliyinin bazasında KTMT-nin Böhrana Reaksiya Mərkəzinin yaradılması haqda razılığa gəlinib. Sentyabrın sonunda (30 sentyabr - 4 oktyabr) Ermənistanda qurumun “Sarsılmaz qardaşlıq-2015" kod adı altında təlimlərin keçiriləcəyi təsdiqlənib. Təlim çərçivəsində KTMT qüvvələrinin operativ və döyüş hazırlığının təkmilləşdirilməsi nəzərdə tutulub.

*****
Gözlənildiyi kimi, KTMT-nin Kollektiv Təhlükəsizik Şurasının (KTŞ) iclasında işğalçı Ermənistanın prezidenti Serj Sərkisyan da çıxış edib. Düşmən ölkənin başçısı Moskvada Putinlə son görüşü zamanı vəd elədiyi kimi, çıxışı zamanı Qarabağ münaqişəsi zonasında və Azərbaycan-Ermənistan sərhədindəki son durum haqda daha ətraflı məlumat verib, yaranmış situasiyanı öz bildiyi şəkildə, yəni Ermənistan maraqlarından çıxış edərək şərh edib. Bildirib ki, Azərbaycan və Ermənistan sərhədində vəziyyətin kəskinləşməsi “Bakının hərəkətləri üzündən” regionda sabitsizliyə aparır. Yəni faktiki surətdə Azərbaycanı günahkar elan edib.

Mətbuata açıqlamasında Sərkisyan qeyd edib ki, “KTMT dövlət başçıları dar çərçivəli görüşdə kəskin xarakterli məsələləri müzakirə ediblər, görüş etimadı mühitində keçib”. “Mən KTMT dövlət başçılarını Cənubi Qafqazdakı durumla bağlı məlumatlandırdım. Çıxışımda diqqəti erməni-Azərbaycan təmas xətti boyu gərginliyin artması təhlükəsinə yönəltdim. Təkrarlamaq istəmirəm, yalnız onu vurğulayım ki, Azərbaycan tərəfinin beynəlxalq birlikdən adekvat reaksiya olmaması fonunda vəziyyəti gərginləşdirmək cəhdləri bütün bölgədə vəziyyətin ağırlaşmasına aparır” - deyib işğalçı ölkənin başçısı.

Qarabağ mövzusu sammit çərçivəsində Putin-Sarkisyan görüşündə də müzakirə edilib. Xatırladaq ki, sentyabrın 8-i Moskvadakı görüş zamanı Ermənistan prezidenti Putinə Azərbaycandan şikayət edərək demişdi: “Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında cəhdlərinizə görə sizə təşəkkür edirəm. Son iki həftə ərzində sərhəddə vəziyyət gərginləşib. Son vaxtlar Azərbaycan tərəfi iri çaplı odlu silahlardan başqa artilleriyadan da istifadə edir. Əlbəttə ki, biz cavab vermək məcburiyyətində qalırıq. Mən bu haqda KTMT-nin Düşənbə sammitində ətraflı danışacağam”.

*****

“Rusiya NATO-su” sayılan KTMT-nin Düşənbə sammiti ilə eyni gündə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda AŞ PA Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valteri qəbul edib. Görüşdə münaqişəsi üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu vurğulayıb, Azərbaycanın ərazilərinin işğal edilməsinin beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edildiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb. Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması faktının bir daha təsdiq olunduğunu deyən nazir qətnamələrdə işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb kimi qoyulduğunu da qeyd edib.

Elmar Məmmədyarov həmçinin 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə daha bir təsirli formada cavab verdiyini diqqətə çatdırıb. Habelə, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik tərkibinin dəyişdirilməsi və Suriyadan olan erməni əsilli qaçqınların bir qisminin bu ərazilərdə yerləşdirilməsinin Ermənistan tərəfindən Cenevrə Konvensiyaları və əlavə protokollar əsasında üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulması olduğunu bildirib və ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar qarşısında bu məsələnin davamlı şəkildə qaldırılacağını söyləyib.

*****

Belə bir atmosferdə, üstəlik, Ermənistanda KTMT-nin təlimləri ilə eyni vaxtda (sentyabrın sonu) Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrın 28-dən oktyabrın 3-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü əlbəttə ki, əlçatmaz görünür. Hərçənd amerikalı vasitəçi Ceyms Uorlik buna hələ də ümidini itirməyib. Ümid isə həmişə axırda ölür.

Siyasət şöbəsi“Rusiya NATO-su”nun sammitində Ermənistan prezidenti yenə Bakıdan şikayətləndi; bu ayın sonunda işğalçı ölkədə qurumun hərbi təlimləri keçiriləcək - Azərbaycana qarşı növbəti hədə...

Siyasət şöbəsi/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.