Baba Heydərov estafeti nəvə Heydərova verəcək?

16-09-2015, 09:39   
Baba Heydərov estafeti nəvə Heydərova verəcək?

Ötən gün hakim Yeni Azərbaycan partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərindəki namizədlərinin adlarını açıqladı. Siyahı gözlənildiyi kimi bəzi sürprizlərlə zəngin olub. Belə ki, BDU-nun rektoru 16 saylı Yasamal ikinci seçki dairəsindən YAP-ın deputatı seçilmiş Abel Məhərrəmovun yerinə İbrahimov Xıdır Mənsum oğlunun, 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat olan Qalib Salahzadənin yerinə Cəbrayılova Dilarə Məmmədağa qızının, 34 saylı Xətai ikinci seçki dairəsindən Gülər Əhmədovanın yerinə İbrahimov Calal Ağarza oğlunun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin yerinə Həmzəyev Naqif Ələşrəf oğlunun namizədliyi irəli sürülüb.
Fərhad Qəribovun yerinə (57 saylı Kürdəmir seçki dairəsi) Qəribov Nizami İsməli oğlu, 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyevin yerinə isə Rəşidov Nazim Sahib oğlu namizəd olub.
81 saylı Beyləqan seçki dairəsindən deputat Ayaz Orucov da siyahıda yoxdur. Onun yerinə İsmayılov Şahin Əmir oğlu namizəd olub.
107 saylı Qazax seçki dairəsində Əhməd Vəliyevin yerinə Əhmədov Zeynal Akif oğlu, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb.
Beləliklə, YAP hazırkı deputatlarından 13-nün namizədliyini yenidən irəli sürməyib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın 8 dairədən namizəd irəli sürməməsinə isə aydınlıq gətirib: "Həmin dairələrin birində - Xankəndidə YAP-ın təşkilatı yoxdur. Digər 7 dairədə isə oradan namizədliklərini irəli sürmüş tanınmış şəxslərə, ziyalılara hörmət əlaməti olaraq alternativ namizəd vermək istəmədik".
Savash.org xatırladır ki, YAP-ın heç bir namizəd irəli sürmədiyi 8 dairədən biri 116 saylı Qəbələ seçki dairəsidir. Məlumat üçün bildirək ki, sözügedən dairəni hazırda parlamentdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov təmsil edir.
Əldə etdiyimiz məlumata görə, 116 saylı Qəbələ seçki dairəsində YAP-ın namizədinin göstərilməməsi təsadüfi deyil və bu dairə ilə bağlı məsələ ən üst səviyyədə həll olunub: “İstənilən halda 116 saylı dairədən seçiləcək deputatın soyadı heydərov olacaq. Amma çox böyük ehtimalla budəfəki seçkidə Fəttah Heydərov estafeti nəvəsi Tale Heydərova verəcək. Bir neçə gün ərzində isə biz Tale Heydərovun namizədliyini müstəqil şəkildə adıçəkilən dairədən irəli sürəcəyinin şahidi olacağıq”.
Savash.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.