Yeni Azərbaycan Partiyasının açıqladığı namizədlər siyahısına görə, deputat Ağalar Vəliyev dairəsini dəyişib. 11 saylı Qaradağ seçki dairəsindən deputat olan Vəliyev dairəsini dəyişib. Bu dəfəki seçkilərdə 97 saylı Goranboy-Ağdam-Tərtər dairəsindən deputat olmaq istəyən Vəliyevi sahibkarlar axtarışa çıxıblar.
GUNDEMİNFO.AZ-a müraciət edən bir qrup Qaradağdan olan sahibkar 5 il onların mandatını almış şəxsi onları aldatdıqlarına görə axtarırlar. Sahibkarlar bildirir ki, dəfələrlə Ağalar Vəliyevə müraciət etsələr də heç bir nəticəsi olmayıb. Öz şəxsi biznesini inkişaf etdirmək üçün maraqlarını qoruyan bu biznesmen-deputat sahibkarlara onların problemləri ilə maraqlanacağını bildirsə də, yalançı çıxıb.
Sahibkarlar deyirlər ki, bazar problemi yaşadıqları zamanlarda deputata müraciət ediblər. Məlumata əsasən indi Qaradağdan olan iş adamları seçki kampaniyasının başlanmasını gözləyirlər. Sahibkarlar həmçinin də hakim partiyaya müraciət edəcəklərini deyirlər. Onlar iddia edirlər ki, seçkilər ərəfəsində Ağdamdan, Goranboydan olan sahibkarlara da müraciət edəcəklər ki, Ağalar Vəliyevin yalan vədlərinə inanmasınlar.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, Ağalar Vəliyev artıq bəlli dairələrdə danışıqlar aparıb. 97 saylı dairənin ərazisində yerləşən bəzi yaşayış məntəqələrində yolların kosmetik təmiri üçün texnikalar gətirilib.