Türkiyədə gizli inqilab planı – şok iddialar

19-09-2015, 10:14   
Türkiyədə gizli inqilab planı – şok iddialar
Ankaranı çalxalayan bir neçə milyardlıq devirim projesi; qardaş ölkə xüsusi xidmət orqanları ölkəyə gizli şəkildə keçirilmiş 2,5 milyard dolları axtarır; PKK-nın terrora başlaması ilə bu vəsaitin ölkəyə girməsi tarixi üst-üstə düşür...
Türkiyədə növbəti böyük siyasi təlatümlərin yaşanacağına dair məlumatlar var. Hətta bu təlatümlərin hakimiyyət çevrilişi ssenarisinə qədər inkişaf edə biləcəyi deyilir.

İddialara görə, son iki ayda qardaş ölkəyə 10 milyard dollara yaxın vəsait daxil olub. Türkiyə xüsusi xidmət orqanları həmin məbləğin haradan gəldiyini, hansı sektorlara daxil olduğunu öyrənə bilib.

Lakin vəsaitin bəlli bir hissəsi ətrafında müəmmaları çözmək mümkün olmayıb. Bu məbləğin 2.5 milyard dollar olduğu deyilir.

Hazırda PKK ilə müharibə aparan və təkrar seçkilərə hazırlaşan Türkiyə hökumətinin bu məbləğin mənbəyi ilə bağlı ciddi narahatlıq yaşadığı deyilir. Narahatlıq onunla bağlıdır ki, müəyyən qüvvələr 2 milyard yarım dolları gizli şəkildə ölkəyə axıda bilibsə, bunun ardı da gələ bilər. Və ölkədə siyasi kataklizm baş verər, xaos yaşanar, savaş çıxar.




Ancaq hazırda axtarışlara baxmayaraq xüsusi xidmət orqanları bu pulun kimə çatdırıldığını və harda olduğunu öyrənə bilmir. Bu səbəbdən də hökumət qurumları bu nəhəng məbləğin axtarışlarını davam etdirir, eləcə də hakimiyyətə qarşı çıxışların hazırlanmasında şübhəli bilinən qruplar və təşkilatların üzərində nəzarət artırılıb.



Türkiyə xüsusi xidmət orqanlarında olan məlumata görə, ölkədə inqilab etmək üçün yeni ssenari hazırlanıb. “İkinci Gəzi” hadisələri şəklində olacaq hadisələr ölkədə AKP hakimiyyətinin devrilməsi ilə yekunlaşmalıdır. Bu prosesin konkret olaraq hansı siyasi partiya və ya təşkilat tərəfindən həyata keçiriləcəyi dəqiq bilinmir. Ehtimal olunur ki, bir sıra QHT-lər vasitəsi ilə kütləvi etirazlar və hökumətə qarşı çıxışlar başladacaq. Bu prosesin təşkilatçısının konkret hansı xarici təşkilat olması, sifarişçilərin kimliyi haqda məlumat verilmir.

Hazırkı hökuməti daha çox narahat edən Türkiyəyə keçirilən gizli 2,5 milyard dollardır. Hüquq-mühafizə orqanları ehtimal edilən çevrilişin məhz bu vəsaitlə icra olunacağını düşünür. Bu səbəbdən də hazırda gizli şəkildə həmin pul və onu saxlayan şəxslər axtarılır.

İnqilab olduqca bahalı siyasi projedir. Onun hər hansı ölkədə baş tutması üçün milyardlar xərclənir. Düzdür, sonra inqilaba yatırılan milyonlar, milyardlar çevrilişləri idarə edən böyük dövlətlər tərəfindən artıqlaması ilə çıxarılır.

Məsələn, savaş olan ölkələrə silah satılır, dağılan, xaosa girən, viran qalan dövlətlərin maddi sərvətlərinə əl qoyulur. Necə ki, İrqada, Əfqanıstanda, Yaxın Şərqin başqa ölkələrində belə oldu. İndi də Türkiyədə proseslər qızışıb. Az qala hər gün PKK qardaş ölkədə terror törədir. Görünən odur ki, beynəlxalq güclər Türkiyəni geriyədönməz xaosa sürükləyir.



2.5 milyard dolların Türkiyəyə daxil olması iddiası ilə bu ölkədə terrorun şiddətlənməsi eyni vaxta təsadüf edir. Son iki aydır ki, TC-nin ayrı-ayrı bölgələrində ölümlə nəticələnən silahlı qarşıdurmalar baş verir.

Xatırladaq ki, 2013-cü ilin fevral-mart aylarında Azərbaycanda facebook inqilabının olacağı haqda məlumatlar dolaşmağa başlamışdı. Bu inqilabı ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqoryevsin edəcəyi deyilirdi. Bildirilirdi ki, Amerika ölkəmizə A.Qriqoryevs vasitəsilə 2 milyon dollar vəsait soxub. Guya bu pullarla gəncləri təşkilatlandırıb onların vasitəsilə Azərbaycanda inqilab etmək planlaşdırılır.

Həmin ərəfədə cəmi 2 milyon dollar vəsaitə görə Azərbaycan iqtidarı çox ciddi narahatlıq keçirmişdi. Bu məlumatdan sonra hüquq-mühafizə orqanları gənclər sektorunda kütləvi həbslər apardı.

Beynəlxalq şöbə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.