Sentyabrın 11-də Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan Bin Laden Qrupu tərəfindən aparılan Kəbə Genişləndirmə Layihəsi işləri səbəbindən "Hərəmi Şərifin" kənarında olan dünyanın ən böyük qüllə kranlarından biri həcc ziyarətinə gedənlərin üstünə aşmışdı.
Avropa.info xəbər verir ki, tarixin ən böyük faciələrindən biri kimi qeydə alınan hadisədə yüzdən çox insan həyatını itirmişdi.
Baş verən bu acı hadisə ilə bağlı sosial mediada müxtəlif iddialar ortaya atılarkən ən diqqət çəkən məsələ ABŞ prezidenti Barak Obamanın faciə günü paylaşdığı foto oldu.
11 Sentyabr 2001-ci ildə Nyu-Yorkda yerləşən Əkiz Qüllələr 2 təyyarə ilə təşkil olunan hücum nəticəsində dağıdılmış, 3 min nəfər həyatını itirmişdi. 11 Sentyabr hücumu kimi tarixə düşən bu hadisə ilə bağlı sosial media hesabından bir mesaj bölüşən Obamanın paylaşdığı foto, suallara səbəb olub.
Obama 11 sentyabr günü, günorta saatlarında, yəni Məkkədə kranın düşməsindən bir neçə saat əvvəl əkiz qüllələri anma bölgəsinin fotosunu paylaşıb. Anım bölgəsinin arxasında olan kran isə Məkkədə baş vermiş hadisənin hazırlanmış terror olması iddialarını gündəmə gətirib.