Taksi sürücüsü özünü yandırdı :“Məni buna QAİ Ramin məcbur etdi”

20-09-2015, 15:50   

Dünən gecə saat 23:00 radələrində 27 yaşlı Məqsəd adlı taksi sürücü üstünə benzin tökərək özünü yandırıb.

Xezerpress.Com moderator.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıtda-“Nərimanov” adlandırılan ərazidə baş verib.

Ətrafdakılar taksi sürücüsünə kömək etməyə çalışsalar da onu xilas etmək mümkün olmayıb.

Özünü yandıran şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da vəziyyətinin ağır olduğunu əsas gətirərək onu xəstəxanaya qəbul etməyiblər. Bakıya aparılan taksi sürücüsü yolda dünyasını dəyişib.

Məqsəd ölməmişdən qabaq “məni buna QAİ Ramin məcbur etdi” deyib.

Qeyd edək ki, mərhumun iki azyaşlı uşağı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.