"2 saylı Dəmiryolu Poliklinikasında korrupsiya tuğyan edir"

22-09-2015, 16:25   

Baş həkim Həmzə Həsənov Cavid Qurbanovala da hesablaşmır

2 saylı Dəmiryolu Poliklinikası barəsində oxuculara təqdim etdiyimiz ötən tənqidi məqaləmizdə də biz baş həkim Həmzə Həsənovun özbaşınalığından bəhs etmişdik. Xüsusilə vurğulamışdıq ki, hətta Həsənov Dəmiryolu QSC-nin sədri Cavid Qurbanovu da saymır. Onu da bildirmişdik ki, ağzını köndələn qoyan baş həkim orda-burda belə ifadə də işlədir ki, “Kəlbəcər getsin qoyununu otarsın, o mənə bata bilməz”. Belə çıxır ki, əslən Qərbi Azərbaycandan olan Həmzə həkim Cavid Qurbanovu bəyənmir. Deyilənə görə, sözügedən baş həkimin yuxarı dairələrdə güclü himayədarları var və elə bu səbəbdəndir ki, o, hətta öz rəhbərini də hesaba qoymur. Mənbələrin məlumatlarına görə 2 saylı Dəmiryolu Poliklinikasında vəziyyət xeyli kritikdir. Belə ki, bu müalicə ocağında rüşvətxorluq və korrupsiya halları son həddə çatıb. Əslində xidmətləri pulsuz olan və ilk növbədə dəmiryolçular üçün nəzərdə tutulan bu poliklinikada pulsuz heç bir iş görülmür. Həmzə həkimin gəlir mənbələrinin sırasında xəstəlik haqqında bülleten, tibbi arayış və 88 saylı forma xüsusi yer alırlar. Qəribədir ki, başqa yerlərdə işləyən şəxslər də Həmzə həkimin saxta sənəd xidmətlərindən məharətlə istifadə edirlər.Rüşvət verməyən dəmiryolçular isə get-gələ salınaraq süründürülür və nəticədə məqsədlərinə çata bilmirlər. Hətta bildirilir ki, ara-sıra sözügedən poliklinikaya yoxlama göndərilsə də, hər dəfə Həmzə həkim “sudan quru çıxmağa” müvəffəq olub. Mənbənin bildirdiyinə görə, sonuncu yoxlama zamanı Həsənov öz zibillərini ört-basdır etmək üçün xeyli tərləməklə yanaşı, yuxarı dairədə oturan himayədarlardan birinə də ağız açmalı olmuşdur. Yalnız bundan sonra baş həkim yaxasını qurtara bilmişdir. Adının hələlik çəkilməsini istəməyən mənbəmizin məlumatına görə, Həmzə həkim poliklinikada hətta “ölü canlar” da saxlayır. Bundan əlavə, poliklinikaya dövlət tərəfindən verilən dərmanlar və tibbi ləvazimatlar qara bazara çıxarılaraq bir qədər ucuz qiymətə satdırılır. Şikayətçilər iddia edirlər ki, 2 saylı Dəmiryolu Poliklinikasında bütün tibbi müayinə və müalicələr rüşvət müqabilində həyata keçirilir. Bir sözlə, bu Poliklinikada korrupsiya və rüşvətxorluq pik həddə çatmışdır. Ümidvarıq ki, tezliklə hörmətli Cavid Qurbanov Həmzə Həsənovun fəaliyyətini araşdıracaq və onun cinayətkar əməllərinə son qoyacaqdır.

(ardı var)

Mustafa Qafaroğlu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.