İspaniyadakı səfir İlham Əliyevin fərmanına tabe olmur

23-09-2015, 10:29   

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev 6 aydır ki, qanunsuz olaraq fəaliyyət göstərir.

Bu barədə İstiqlal.az-a məlumat verən Azərbaycanın Xarici İşlər Nazirliyindəki (XİN) mənbə iddia edir ki, Altay Əfəndiyevin səfirlik müddəti 4 ay əvvəl bitib və o geri çağırılıb (http://az.trend.az/azerbaijan/politics/2396669.html). Lakin buna baxmayaraq o hələ də İspaniyada Azərbaycanın səfiri kimi fəaliyyət göstərir.

Mənbə onu da bildirib ki, Altay Əfəndiyev səfirliyi ailə təsərrüfatına çevirib. "Səfirliyin vur-tut beş əməkdaşı var. Onlar da hamısı bir-birilə qohumdur. Məsələn, səfirliyin attaşesi Əsəd Muradovdur, mühasib isə onun xanımıdır.

Digər əməkdaşlar da bir-birinə, o cümlədən Altay Əfəndiyevə qohumdur. Mənbənin sözlərinə görə, nazir Elmar Məmmədyarovun da məsələdən xəbərdardır. Lakin hansısa səbəbdən heç bir tədbir görmür. "Faktiki olaraq geri çağırılmış Altay Əfəndiyev hansı əsas və -hansı maliyyə ilə orada saxlanılır bəlli deyil. Bu məsələ araşdırılarsa heç şübhəsiz korrupsiya faktları üzə çıxacaq", - deyə qaynağımız əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.