“Mənim geri çağırılmağım barədə heç bir sərəncam yoxdur. İspaniyadan geri çağırılmağıma dair Bakıdan heç bir göstəriş almamışam. Belə bir təlimat gələnədək öz fəaliyyətimi davam etdirəcəm. Hesab edirəm ki, mənim barəmdə yazılan mənbəyi bəlli olmayan məlumat məhz Xarici İşlər Nazirliyinə qarşı aparılan kampaniyadır”.
Hörmətli oxucular, bu bəyanatın müəllifi Azərbaycanın İspaniyadakı eks-səfiri Altay Əfəndiyevə məxsusdur. Yəni səfirin sözlərinə görə, Azərbaycan prezidenti onun geri çağırılmasına dair heç bir sərəncam verməyib. Hər halda onun sözlərindən belə çıxır. Səfir bu haqda özü rəsmən ANS-ə müsahibəsində bildirib.
İndi isə virtualaz.org saytı prezident İlham Əliyevin Altay Əfəndiyevin İspaniyadakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmasına dair bu il mayın 19-da imzaladığı sərəncamın mətnini təqdim edir.