Xəbər verildiyi kimi Lənkəranın hərbi komissarı Əqid Bayroyev müğənni Nadir Qafarzadəni döyüb. anaxeber.info saytının məlumatına görə, hadisə Masallının hərbi komissarının oğlunun toyunda, “Ay işığı” restoranında baş verib.
Nadir Qafarzadənin toydakı çıxışı hansısa səbəbdən Əqid Bayroyevi hiddətləndirib. Məlumata görə, sentyabrın 20-da Əqid Bayroyev bu məsələ ilə bağlı DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb.
Əqid Bayroyevin prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general-polkovnik Bəylər Əyyubovun bacısı oğlu olduğu bildirilir. Görünür, elə bu səbəbdəndir ki, məsələnin üstü ört-basdır etməyə cəhd edilir. “Azadlıq”a daxil olan məlumata görə, Əqid Bayroyevin himayədarları mətbuata belə bir hadisənin olmadığı barədə məlumatlar ötürürlər. Bundan başqa qarşı tərəflə də danışıqlar aparılır.