İlham Əliyev Moskvaya niyə getmədi?

24-09-2015, 10:05   
İlham Əliyev Moskvaya niyə getmədi?


Sentyabrın 23-də Moskvada restavrasiyadan sonra Mərkəzi Məscidin açılışı olub. Yenidənqurmadan sonra bu məscid Avropada ən böyük məscid sayılır. Onun sahəsi 20 dəfə böyüdülərək 19 min kv.metr olub. Burda 10 min adam eyni vaxtda ibadət edə bilər. Minarələrin hündürlüyü 78 metrdir. Onlar qızılla örtülüb.

Məscidin restavrasiyası 170 milyon dollara başa gəlib. Bunun əsas hissəsi ianələrdir. Əsas ianəni iş adamı Süleyman Kərimov verib. Ianələrin böyük hissıəsi Türkiyədən də gəlib və Türkiyə ustalar göndərib. Fələstin lideri Mahmud Abbas Fələstin uşaqları adından 25 min dollar ianə verib.


Açılış mərasiminə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Fələstin lideri Mahmud Abbas, Qazaxıstan prezidenti Nursultan Nazarbayev gəlib.

Maraqlıdır ki, Azərbaycanın dövlət başçısı Ilham Əliyev bu mərasimə dəvət olunsa da, orada iştirak etməyib. Bu isə müxtəlif mülahizələrə səbəb olub. Ekspertlərin fikrincə, Rəcəb Tayyip Ərdoğanla Vladimir Putinin qatıldığı tədbirə Ilham Əliyevin getməməsi çox təəccüblüdür. Onların sözlərinə görə, bunun ciddi səbəbləri olmamış deyil. “Son aylar ərzində Azərbaycanın Rusiya ilə yaxınlaşması Qərb ölkələrilə ciddi qarışdurma yaradıb. Qərb ölkələri də prinsipial məsələlərdə Azərbaycan hakimiyyətinə güzəştə getməyəcəklərini açıq şəkildə bildiriblər. Hətta Azərbaycana qarşı iqtisadi münasibətlər sahəsində ciddi məhdudlaşdırmaların ola biləcəyinə işarə vurulub. Bu isə Azərbaycana ağır zərbə ola bilərdi.

Görünür, Ilham Əliyev bütün bunları nəzərə alaraq açıq şəkildə Rusiya ilə yaxşı münasibətlərdə olduğunu göstərmək istəmir”, – deyə ekspertlər bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.