İslamazeri.az xəbər verir ki, Livanda nəşr olunan "Əl-Diyar" qəzeti Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd bin Salmanın kortejinin Minaya düşməsi ilə əlaqədar digər hacıların hərəkət istiqamətinin təcili olaraq dəyişdirildiyinin yüzlərlə hacının bir-birinin üzərinə yıxılmasına və çoxunun ölümünə səbəb olduğunu yazır. "Əl-Diyar" qəzeti Səudiyyə müdafiə naziri olan vəliəhdin xidmətçi və müdafiəçiləri ilə birgə silahlı kortejin Minanın mərkəzində olmasını Mina dağında mindən çox hacının öldüyünü hadisəsinə səbəb olduğunu yazıb. Qəzet belə yazır: "Ərəbistan rəsmiləri yüzlərlə hacının ölümünə və 800-dən çox insanın yaralanmasına səbəb olan vəliəhd karvanının Minada olmasını gizlətməyə çalışır. Həqiqət budur ki, hacıların Minada toplandığı vaxtda Məhəmməd bin Salman bu mərasimdə iştirak etməyə qərar verib. 200 əsgər və 150 polisin müşayiəti ilə Minaya girib. Bu anda hacıların hərəkət istiqaməti dəyişib, hətta ilk hərəkət istiqamətinin əksinə bir axın başlayıb. Bundan sonra izdiham sürətli şəkildə artıb. Faciə də elə bu an meydana gəlib. Məhəmməd bin Salman iştiraka son verib geri dönsə də, faciənin miqyası daha da böyüyüb. Hacılar bir-birilərini itələyərək yerə yıxılıblar. Yerə yıxılanlar digər zəvvarların ayaqları altında qalaraq əzilib və nəfəs ala bilmədikləri üçün həyatlarını itiriblər. Bu izdihamda ölən hacıların sayı surətlə artıb. Yüzlərlə hacı isə yaralanıb." Kral bu xəbərin yayımlanmasını qadağan edib və başqalarının edamına qərar verib "Əl-Diyar" qəzeti yazır ki, Kral Salmanın yüzlərlə hacının ölümünə səbəb olan Həcc mərasimi məsullardan ibarət siyahı hazırlayıb. Bu gün bu hadisəyə görə saxlanılan 28 nəfər edam ediləcək. Qəzetin xəbərinə görə, Ərəbistanının şəriət məhkəməsi bu siyahıda yer alan adların edamına qərar verib. Həmçinin, Səudiyyə daxili işlər naziri bu şəxslərin hacıların gözü qarşısında edam ediləcəyini və bunun gələcək illərdə bir daha belə bir faciə baş verməməsi üçün ediləcəyini açıqlayıb. "Əl-Diyar" qəzetində yayımlanan xəbərin digər bir hissəsində İranın etirazına yer verilib. Faciədə 120 vətəndaşını itirən İran Səudiyyə səfirini Xarici İşlər Nazirliyinə çağıraraq ondan izahat istəyib. "Əl-Diyar" qəzeti bu sualla xəbərini tamamlayır: "Səudiyyə kralın oğlunun karvanının Minada olmasını açıqlamağa cəsarət edəcək, yoxsa bu həqiqəti gizlədəcək? Bu hadisəyə səbəb olan şəxs Məhəmməd bin Salmandır. Amma onun yerinə 28 nəfər edam ediləcək." Fikrət
Mənbə : İslamazeri