Türkiydəki şərəfsizlər partiyasından Azərbaycan bayrağına hörmətsizlik

29-09-2015, 21:48   

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Almaniyanın Hamburq şəhərində mitinq keçirdiyi binanın salonunda Azərbaycan bayrağına hörmətsizlik edilib.

Bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mustafa Varank “twitter” səhifəsində şəkil paylaşaraq HDP-nin hərəkətini sərt şəkildə tənqid edib.

Mitinq keçirilən salonda Türkiyə bayrağı ümumiyyətlə olmayıb. Azərbaycan bayrağındakı ayparanın görünməməsi üçün isə bayrağa düyün vurulub.


“HDP-nin bayraq düşmənliyi: Türkiyə bayrağını asmadığı kifayətlənməyib, ay ulduzlu Azərbaycan bayrağını da bağlayıblar”, – Mustafa Varank statusunda yazıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.