Əliyev Putinin ittifaqına girir; Rusiya Azərbaycanın ərazisindən Suriyanı vurmağa hazırlaşır?

2-10-2015, 08:10   

Əliyev Putinin ittifaqına girir; Rusiya Azərbaycanın ərazisindən Suriyanı vurmağa hazırlaşır?
02 Oktyabr 2015 01:50 Print Email
putin-bakida2Azərbaycan hakimiyyətinin Rusiya ilə milli maraqlarımıza zidd danışıqlar apardığına dair beynəlxalq mətbuatda ciddi məlumatlar yer almaqdadır. Bir müddət öncə Almaniyanın “Deutsche Welle” nəşrində politoloq, Mərkəzi və Şərqi Avropa üzrə ekspert İvan Preobrajenskinin “Rusiya Suriyaya Qarabağdan yol axtarır” adlı analitik məqaləsi dərc olunmuşdu. Məqalədə bildirilib ki, Azərbaycanda Suriyaya hərbi resursların daşınması üçün Rusiyanın hərbi bazasının yaradılması varinatı mümkündür.

Ukraynanın siyasi analitiki Sergey Qrasimçuk bu mövzuda şərh verib.

Ukraynalı politoloq Ermənistanın 1in.am portalına müsahibəsində bildirib ki, Kremlin öz qaydaları ilə Dağlıq Qarabağ münaqişəsini nizama salması cəhdi ola bilər.


Əliyev Putinin ittifaqına girir; Rusiya Azərbaycanın ərazisindən Suriyanı vurmağa hazırlaşır?

“Kremlin məkirli planları”

“Moskva öz qoşunlarını Suriyaya göndərmək üçün Azərbaycan ərazilərində hərbi baza açmaq hüququnu alacaq. Eyni zamanda bununla həm də Dağlıq Qarabağ ətrafında vəziyyəti ”sabitləşdirmək” istəyəcək. Bu plan dünya mətbuatına sızdırılıb. Moskva isə reaksiya gözləyir”, – deyə o, bildirib.

Analitik daha sonra vurğulayıb ki, bəzi ekspertlərin Rusiyanın Azərbaycanda hərbi baza yaratması ehtimallarının Suriya konfliktinin həllində heç bir əhəmiyyət kəsb etmədiyini deməsi ilk baxışda real görünür:

“Suriya münaqişəsi üzrə mütəxəssislər deyirlər: ”Azərbaycanda bazaların olması Suriya probleminin həllində taktik və strateji rol oynamır”.

Postsovet məkanı üzrə ekspertlər isə deyirlər: “Rusiya Qafqazda hərbi iştirakını artırmaq niyyətindədir”. Ilk baxışda bu belədir. Amma Kremldə güman edirlər ki, bu plan münaqişəni alovlandıraraq Azərbaycan və Ermənistanı qarşıdurmaya təhrik edəcək. Bu zaman Qafqazda genişmiqyaslı müharibənin yanğını qızışacaq. Bu barədə planı yada salmaq lazımdır: Rusiya sülhməramlıları “xoş gəlmisiniz” deyəcək”.

Qeyd edək ki, Rusiya Federasiya Şurası Suriyada “Islam dövləti” terror təşkilatına qarşı hərbi hava əməliyyatları aparmaq barədə prezident Vladimir Putinin istəyinə razılıq verib. (Modern.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.