Zakir Fərəcovun Abşerondakı “kölgəsi”şikayət etdi – İdarə müdirləri sözünə baxmır...

4-10-2015, 09:50   
Zakir Fərəcovun Abşerondakı “kölgəsi”şikayət etdi – İdarə müdirləri sözünə baxmır...
Zakir Fərəcovun Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı postuna təyinat almasından sonra onun birinci müavini İradə Gülməmmədovanın Aşeron RİH başçısı postuna gətirilməsi gözləntiləri doğrultmayıb.
Bununla bağlı Savash.org-un əldə etdiyi məlumata görə, Zakir Fərəcovun “bir sözünü iki eləməyə” cəsarət etməyən idarə müdirləri həmin itaətkarlığı yeni icra başçısına qarşı sərgiləmir, əksinə onunla hesablaşmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər.
Xatırladaq ki, İradə Gülməmmədova Zakir Fərəcovun kadrı sayılır və ötən yazımızda da qeyd etdiyimiz kimi onun özündən sonra Abşeron RİH başçısı təyinatında Zakir Fərəcovun müstəsna xidmətləri olub. Güvəndiyi müavinini özündən sonra Abşerona başçı təyin etdirməklə iki rayona (Sumqayıt və abşeron-red) nəzarət edəcəyini planlayan Zakir Fərəcov isə indi gözləmədiyi sitiuasiya ilə qarşılaşıb.
Belə ki, idarə müdirlərinin yeni başçıya lazımi itaətkarlıq göstərməməsi tərəflər arasındakı gərginliyi artırıb. Savash.org-a daxil olan məlumata görə, iş hətta o yerə çatıb ki, İradə Gülməmmədova baş verənlərlə bağlı Zakir Fərəcova məruzə edib. Amma mənbəmiz hətta Zakir Fərəcovun belə prosesi idarə edə biləcəyinə inanmır: “Çünki bu işlərin arxasında daha böyük güclər dayanıb və onlar İradə Gülməmmədovanın icra başçısı təyin olunmasına əvvəldən razı olmayan qüvvələrdir. Odur ki, Sumqayıtın icra başçısının Abşerona müdaxiləsi Zakir Fərəcov üçün gözləmədiyi sürprizlə yekunlaşa bilər”.
Abşeronda yeni icra başçısı ilə problemlər yaşayan idarə müdirlərindən biri – Abşeron Su-Kanal İdarəsinin rəisi Qorxmaz Abbasovla bağlı Savash.org-un elektron ünvanına göndərilən şikayət məktubu da bu baxımdan maraq doğurur. Şikayətdə iddia edilir ki, AF Park yaşayış kompleksindəki binalarla bağlı icra başçısı ilə idarə müdiri arasında gərginlik yaranıb. Belə ki, adıçəkilən binalarda kanalizasiya xətlərinin bərbad vəziyyətdə olması, tədbir görülməzsə binaların ciddi ziyan görə biləcəyi ilə bağlı sakinlər etiraz aksiyası keçirəcəklərini bəyan ediblər. Onları qəbul edən icra başçısı İradə Gülməmmədova aidiyyatı üzrə tapşırıq verəcəyini və problemin qısa müddətdə aradan qalxacağını vəd etsə də belə olmayıb.
Məlumata görə, Abşeron Su-Kanal idarəsinin rəisi Qorxmaz Abbasov heç icra başçısının çağırışına belə getməyib. Belədə sakinlər özləri idarə müdirinin qəbuluna düşmək istəsələr də bu cəhdləri fayda verməyib: “Qorxmaz Abbasov Abşeronda binalara 50 min manata texniki şərt satmaqla məşğuldur, görünür ona görə də şikayətimizi eşitmək istəmir. Nə vaxt da yanına şikayətə gedirik, katibəsi olan çox nazlı bir xanım otağından çıxaraq bildirir ki, Qorxmaz müəllim yatıb.Bizə isə çox maraqlıdır, idarə müdiri nə vaxtsa yuxudan ayılacaqmı?”
Savash.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.