Zeynəb Xanlarovaya qarşı ilginc namizəd
2010-cu ildə keçirilən sonuncu parlament seçkilərində iştirak edən və sonradan namizədliyini müəmmalı şəkildə geri çəkən Xırdalan-Xəz-ATSC-nin Direktorlar Şurasının sədri Akif Rəhimov noyabrın 1-də baş tutacaq növbəti parlament seçkilərinə qatılacaq.
Zeynəb Xanlarovaya qarşı ilginc namizəd
Editor.az xəbər verir ki, 2010-cu il seçkiləri zamanı sosial şəbəkələrdə "mafioz" namizəd kimi populyarlıq qazanan A.Rəhimov bu dəfə namizədliyini 50 saylı Abşeron-Qobustan seçki dairəsindən irəli sürüb. Məşhur iş adamının namizədliyi artıq MSK tərəfindən qeydə alınıb və o, bu dairədə Xalq artisti, deputat Zeynəb Xanlarovaya rəqib olacaq.