Mikayıl Cabbarov dərsliklərin yazılmasını ağzından "süd iyi" gələn şəxslərə etibar edib

4-10-2015, 12:05   


“Hansı ki, onlar milli hislərdən də uzaqdırlar”

Son vaxtlar Azərbaycanda problemli orta məktəb dərsliklərinin sayı sürətlə artmaqdadır. Dərsliklərdə kobud küçə ifadələrinin yer alması, məntiqsizlik, bir çox faktların təhrifi, dialoqlardakı sünilik və s. onları haqlı olaraq ictimai qınaq obyektinə çevirməkdədir.
Maraqlıdır, orta məktəb dərsliklərində bunca çatışmazlığın meydana çıxması nə ilə bağlıdır? Doğrudanmı Azərbaycanda normal dərslik tərtib edəcək savadlı mütəxəssislər yoxdur?
Məsələ ilə bağlı açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli dərsliklərdəki problemləri onu tərtib etməyin yanlış insanlara həvalə edilməsi ilə izah etdi:
“Təbii ki, ölkəmizdə savadlı, yüksək bilik və bacarığa malik təhsil mütəxəssisləri mövcuddur. Amma dərsliklərin tərtib edilməsi məsələsində onları yaxına qoymurlar. Pulu özlərinə yaxın bildikləri adamlarla yeyirlər. Komissiya tanışılıqla qurulur. Elə adamlar dərslik yazmağa cəlb olunub ki, ağzından süd iyi gəlir və milli hislərdən uzaqdırlar. Buna görə də nəticə etibari ilə bu cür əcaib, keyfiyyətsiz, problemli dərsliklər meydana çıxır”.

Seymur Əliyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.