Vətəninfo.az-a adını açıqlamaqdan imtina edən mənbənin sızdırdığı məlumatda iddia edilir ki, bəzi tanınmış şəxslər Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İçtimaətlə Əlaqələr üzrə rəsmi nümayəndəsi Vaqif Əsədova hər ay 100-150 AZN pul verir.
Adını açıqlamaqdan imtina edən mənbənin redaksiyamıza sızdırdığı məlumatda iddia edildiyinə görə, son zamanlıar Bakı şəhərinin küçə və prospektlərində yol kənarında qeyri-qanuni dayanan avtomobillərin BŞDYP-si tərəfindənevakuatorlarla cərimə meydançalarına aparılmasına start verildikdən sonra, bəzi tanınmış şəxslər belə hallarla qarşılaşmamaq üçün Vaqif Əsədovu “görür”lər.
İddaya görə, hətta bu şəxslər Vaqif Əsədovu “Gördük”dən sonra, onların avtomobilləri radarlara belə rast gəlmirlər.
İddaya görə, Vaqif Əsədovun klentlərinin içərisində ölkədəki bəzi TV-ın əməkdaşları ilə yanaşı, Nərimanov rayonu ərazisində yerləşən barda çalışan iki xanım belə var.
Məlumatı redaksiyamıza sızdıran adını açıqlamaqdan imtina edən mənbənin iddasına görə. Vaqif Əsədovun belə bir “bazarın”dan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun xəbəri yoxdu və insanların qeyri-qanuni avtomobillərinin cərimə meydançasına aparılmasından sonra, KİV-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov daha çox hədəfə alınır və yol polisi əməkdaşlarının bəzi avtomobillərin qeyri-qanuni əhrəkətlərinə göz yumulması faktları ilə bağlı daha çox məhz Nuşirəvan Səfərovun hədəfə alınması yersizdir.
Mənbənin sızdırdığı məlumatda iddia edilir ki, əsas kilid Vaqif əsədovdu və məhz belə avtomobillər saxlanılmırsa, yaxutda qeyri-qanuni park etdikləri yerlərdən götürülmürsə deməli bunlar Vaqif əsədovun “Bığının”altından keçiblər.
Redaksiyadan: Bir daha qeyd edirik ki, məlumat adını açıqlamaqdan imtina edən mənbə tərəfindən Vətəninfo.az-ın redaksiyasına sızdırılıb. Məlumatda iddia edilənlərin doğru və yalan olduğunu yalnız Vaqif Əsədov aydınlıq gətirə bilər.