İcra başçısı və deputatın əlindən Ermənistana köçür

5-10-2015, 01:04   
İcra başçısı və deputatın əlindən Ermənistana köçür
“Ya Ermənistana köçəcəm, ya da özümü, balalarımı yandıracam”


Lerik rayon sakini Eldəniz Quliyev ailəsi ilə Ermənistana köçmək qərarını verib. Bu barədə Quliyevin özü qəzetimizə bildirib.
Onun dediyinə görə, bu addımı atmasına səbəb torpağının əlindən qanunsuz olaraq alınması və bu haqsızlığı heç cürə aradan qaldıra bilməməsidir. Quliyevin sözlərinə görə, torpaq islahatları nəticəsində onların ailəsinə düşən 60 sot torpaqdan məhrum edilib. Bunu edənlər isə rayonun icra başçısı Rövşən Bağırov və deputatı İqbal Məmmədovdur. Şikayətçinin sözlərinə görə, onların ərazisinə elektrik stansiyası salınır. Plan onların heç bir razılığı əldə edilmədən, kompensasiya verilmədən icra olunur: “Adını çəkdiyim şəxslər bizi heçə sayaraq, ərazini “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevə satıblar. Həmin yerdə taxıl əkmişdim, texnikanın qabağına verib onu da zay etdilər. Bunu ancaq düşmən edərdi. Biz də dinlənəndə, anam qarşıq təhqir olunduq, adını da qoydular ki, siz bədxahsız, prezidentin sərəncamına qarşı çıxırsınız”.
Eldəniz Quliyev qəzet vasitəsi ilə dövlət rəhbərliyinə üz tutaraq, torpağının “işğalçılardan” azad edilməsini və ya ona ədalətli kompensasiya verilməsini istəyir: “Mən daha şikayət məktubları yazmaqdan yorulmuşam. Heç kim səsimi eşitmir. Hüquqlarımı müdafiə etdiyimə görə məni sıxışdırılar, hədələyirlər. Bu müraciətimə də cavab verilməsə, ailəmi götürüb Ermənistana sığınacam.Ya da evin altına yığıb od vurub yandıracam”.

Siyavuş
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.