Zəifləmiş Rusiya “ikinci soyuq müharibəyə” girir
Rusiya təyyarələri Suriyada terrorşu qrupları bombalayır. Moskva belə deyir. Qərb siyasiləri isə iddia edirlər ki, rus təyyarələri Bəşər Əsədə qarşı olan müxalifləri və dinc əhalini vurur. Kimin düz dediyini sübut etmək mümkünsüzdür. Amma bu bombardumanlar sübuta ehtiyacı olmayan böyük bir həqiqəti ortalığa qoyur: Rusiya ilə Qərb arasındakı qarşıdurma soyuq müharibə dövründə olduğu həddə qədər kəskinləşir. Bu yeni və ciddi kəskinləşmənin əsasını Ukrayna konflikti qoydu. Amma həmin dövrdə Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və bu qəbildən olan xeyli ölkə antirus sanksiyalarına qoşulmadı. Hətta qərb mətbuatı bu məqaqmı Rusiya diplomatiyasının qələbəsi kimi qiymətləndirdi. NATO üzvü olan Türkiyənin aşkar rusiyameyilli siyasəti “NATO daxilində hər şey hamar deyil” kimi fikirlərə yol açmışdı. Amma Suriya bombardumanları hər seyi əvvəlki axarına qaytardı. Artıq Türkiyə prezidenti üzünü Rusuyaya tutaraq “Türkiyəyə qarşı təcavüz NATO-ya qarşı təcavüzdür” bəyanatını verir. Səudiyyə Ərəbistanı isə Moskvaya neft müharibəsi elan edir, bu ölkənin dini liderləri Rusiyaya qarşı cihaddan danışırlar. Əsədin devrilməsini gözləyən başqa ərəb dövlətlərinin də sərtləşən mövqeyi göz önündədir.
Baş verənlər fonunda diqqət çəkən əsas məqam bütövlükdə Qərbin ustalıqla reallaşdırdığı çox incə diplomatik oyun oldu. Diqqət yetirək. Rusiya silahlılarının və hərbi təyyarələrinin Suriyaya daşınması haqda məlumatlar çoxdan gündəmdədir. Bu qüvvələrin qaynar bölgəyə boş yerə daşınmadığı əvvəldən bəlli idi. Amma həmin dövrdə Qərb bu məlumatları müəmmalı susqunluqla qarşıladı, göz yumdu. Rusiyaya indiki addımı atmaq üçün “əlverişli şərait” yaradıldı. Əslində, bugünkü bombardumanlar Moskvanın aylar öncə başlatdığı hərbi kampaniyanın məntiqi davamıdır. Yeni və radukal heç nə baş verməyib. Bombalamaq üçün gələn təyyarələr öz işlərini görməyə başlayıblar. Baş verən yeganə radukal dəyişiklik qarşı tərəfin bombardımanlara vedrdiyi sərt reaksiyadır. Süst və susqun müşahidəetmə bircə anda son dərəcə kəskin reaksiya ilə əvəzləndi. Bütün növ diplomatik və media resursları işə salındı, NATO bloku Türkiyə insidenti ilə bağlı təcili toplantı keçirdi. Hiss olunur ki, Rusiyaya qarşı soyuq müharibə stilində yeni hücum kampaniyasına start verilib. Artıq məhşur Bzejinski də Moskvaya qarşı sərt tədbirlərə çağırır.
Moskvanın Suriya kampaniyasının meydana çıxardığı nəticələrin nəzərdən keçirilməsi “Rusiya tələyə salındı” kimi fikirlərə yol açır. Sonu dumanlı görünən bu hərbi kampaniya Rusiyanın “öz ayağına balta çalması” misalındadır. Kreml Ukrayna böhranı zamanı Qərbdən üz döndərərək onun yanında olmuş böyük region dövlətlərini öz əli ilə yenidən Qərbin və NATO-nun ağuşuna itələdi. Digər tərəfdən, bu bombardımanlar Qərb-Rusiya qarşıdurmasına konkret hərbi çalarlar gətirməkdədir. Bölgədə həm Rusiya, həm də NATO qüvvələri və təyyarələri işləyir. İnsidentlər qaçılmazdır. Rusiya 70-ci illərin sonlarında SSRİ-nin düşdüyü vəziyyətə düşür. Həmin dövrdə geniş vüsət almış sürətlə silahlanma, Əfqanıstan müharibəsi və neftin qiymətinin kəskin ucuzlaşması Sovetlər Birliyi iqtisadiyyatını çökdürdü və böyük supergücün parçalanması ilə nəticələndi. İndi də oxşar vəziyyət yaranır. İqtisadi sanksiyalar və neftin kəskin ucuzlaşması bir yandan, Ukrayna müharibəsi də başqa tərəfdən Rusiya iqtisadiyyatını çökdörürür. Bunlar azmış kimi Kreml mənasız Suriya kampaniyasına da qoşulur.
Tarix yenidən təkrarlanır. Amma bu təkrarlanma Rusiya üçün revanş yox, daha ağır məğlubiyyət gətirə bilər. Əvvəlki və indiki qarşıdurmada iştirak edən gücləri müqayisə edək. 40 il öncə Qərbə qarşı SSRİ kimi nəhəng supergüc dayanırdı. Ətrafında da Avropanın yarısından çoxunu tutan sosialist düşərgəsi olkələri və Varşava müqaviləsi hərbi bloku. İndi isə vəziyyət tam tərsinədir. Varşava bloku ölkələrinin hamısı, ustəlik SSRİ-dən qopmuş respublikaların xeyli hissəsi aşkar antiyarusiya mövqelidir. Yəni, Rusiya ikinci soyuq müharibəyə son dərəcə zəifləmiş halda girir. İndiki durumda Rusiyanın SSRİ ilə müqayisədə yeganə üstünlüyü enerjili və güclü liderinin olmasıdır. Amma bu üstünlük bütün geriləmələri kompensasiya edə bilməz. Digər tərəfdən, Putin nə qədər güclü lider olsa da, onun idarəçiliyinin vaxt limiti var. Geopolitik mübarizə isə uzunmüddətlidir. Putindən sonra kim gələcək və onun qurduğu sistemi idarə edə biləcəkimi? Mübarizənin ikinci tərəfi olan Qərb də 40 il öncəki durumda deyil. O indi əvvəlkindən çox güclüdür. Həm hərbi-texnoloji, həm maliyyə, həm müttəfiqlərin sayı, həm də informasiya texnologiyaları baxımından Qərb Rusiyanı müqayisəedilməz dərəcədə qabaqlayır.
Rusiyanı “zəif tərəf” edən başqa çox əhəmiyyətli amil idarəçilik modelləri arasındakı fərqdir. Rusyada avtoritar idarəçilik modelidir. Burda qərarlar lider və onun yaxın ətrafındakı dar çevrə tərəfindən qəbul olunur. Belə qərarvermə mexanizmi stereotiplər, emosional ziq-zaqlar və subyektiv yanaşmalarla doludur. Bu qəbil çevrələrdə rasional hesablamanın əleyhinə olan qərarlar tez-tez qəbul olunur. Qərbdə isə kollegial-demokratik idarəçilik modeli çoxdan oturuşub. Həmin idarəçilik sistemində liderlərin verə biləcəyi yanlış qərarlar daha geniş dairələr tərəfindən anındaca korrektə olunur.Namiq Şəmkirli