Elmar Vəliyev “İmamzadə”nin pulunu necə mənimsədi - ŞOK İTTİHAM

10-10-2015, 11:41   


Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlı yeni iddialar ortaya çıxıb...

Arqument.Az-ın Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan, Dövlət büdcəsindən və bu kimi maliyyə mənbələrindən müxtəlif istiqamətlər üçün ayrılan maliyyə vəsaitlərinind xərclənmə statusu ilə bağlı araşdırmaları davam edir.

Araşdırmamızın növbəti mövzusu Gəncə şəhərinə müxtəlif məqsədlərlə prezidentin sərəncamı ayrılan maliyyə vəsaitlərinin xərclənməsi ilə bağlıdır.

Qeyd edək ki, Gəncə kimi strateji şəhərin üçün son illə ərzində ayrılan maliyyə vəsaitlərinin sayı çox olduğuna görə, araşdırmanı bir neçə yazı formasında və ayrılan maliyyə vəsaitlərinin istiqamətləri üzrə bölüşdürmüşük. Beləliklə...

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2 sərəncama 9 milyon, 2014-cü ildə digər 2 sərəncama əsasən isə 8 milyon, 2013-cü ildə yenidən prezidentin imzaladığı sərəncama əsasən 4 milyon, 2012-ci ildə imzalan sərəncama görə 2 milyon manat Prezidentin ehtiyyat fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə” kompleksində bərpa işlərinin aparılması üçün ayrılıb.

Bundan başqa, 2010-ci ildə yenidən məhz prezidentin sərəncamı ilə "İmamzadə” kompleksinin təmiri məqsədi ilə 3 milyon manat ayrılmışdı. Ümumilikdə bu məqsədlə ayrılan məbləğ 26 milyon manat edir.

Bəs, görəsən, bu məbləğ qeyd olunan istiqamətlər üzrə xərclənibmi?

Araşdırmamız nəticəsində məlum olub ki, 2010-cu ildə bu tərəfə birbaşa "İmamzadə” kompleksinin təmiri ilə bağlı cəmi 2 tender müqaviləsi bağlanıb. Bunların ümumi dəyəri isə milyon manat təşkil edir. Tenderlərin hər ikisi 2010-cu ildə, Elmar Vəliyev hələ icra başçısı olmamışdan əvvəl Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə "Gəncə Körpü Tikinti-2" ASC adlı şirkəti arasında bağlanıb. Bundan sonrakı illərdə isə Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyində olan dövlət qurumlarıının heç biri məhz "İmamzadə” komleksinin təmir işləri ilə bağlı tender müqaviləsi bağlanmayıb.

Araşdırmamız nəticəsində o da məlum olub ki, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə ilə "Gəncə Körpü Tikinti-2" ASC arasında2011-ci ildə 5 milyon, 2012-ci ildə 2 milyon, 2013-cü ildə 3 milyon, 2014-cü ildə isə 5 milyon manat məbləğində, 2015-ci ildə isə həmin qurumla TAC – 2014 MMC arasında 1.47 milyon manat dəyərində, 16.47 milyon manat dəyərində ümumi formada "Abadlıq işlərinin satın alınması” adı altında müqavilə imzalanıb. Ancaq bu müqavilələrin birbaşa məqsədi qeyd olunmadığı üçün onların məhz ölkə başçısının sərəncamında qeyd olunan "İmamzadə” kompleksinin abadlaşdırılması məqsədi ilə xərcləndiyi məlum deyil.

Bütün hallarda isə bağlanan ümumi müqavilələrin dəyəri 21 milyon manat təşkil edir. 4.5 milyon manatın taleyi isə müəmmalı olaraq qalır. Hər halda ayrılan bu pullar Satınalamalar üzrə Dövlət Agentliyinin tender siyahısından kənar xərclənib.

Bu mövzuda araşdırmalarımız davam edəcək. Həmçinin növbəti yazımızda Gəncə Şəhərinə müxtəlif istiqamətlər üzrə ayrılan digər maliyyə vəsaitlərin xərclənməsini araşdıracağıq.

Araşdırma ilə bağlı aidiyyatı qurumların yaymaq istədiyi xüsusi sənədlər olarsa, araşdırmağa və dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.