”Mənim balamı kontura görə öldürüblər” VİDEO

11-10-2015, 21:35   
”Mənim balamı kontura görə öldürüblər” VİDEO

Goranboydakı N saylı hərbi hissədən bir həftədir yoxa çıxan əsgər Murad Əlizadə oğlu Əliyevin meyiti tapılıb. Muradın anası Təranə Məmmədovanın sözlərinə görə, oğlu ilə sonuncu dəfə oktyabrın 4-də gecə 12 radələrində telefonla danışıb. Oğlu narahat olduğunu, tez yatacağını deyib və kontur istəyib. Növbəti dəfə zəng edəndə isə telefonu başqası götürüb. Həmin şəxs özünü əsgər kimi təqdim edib. Anasının sözlərinə görə, həmin nömrəyə uzun müddət kontur göndərirmişlər. Həmin adam isə maxe imiş.

Muradın nənəsi Tahirə xanım isə nəvəsinin öldürüldüyünü və Muradın meydinin onlara göstərilmədiyini deyir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Murad Əlizadə oğlu Əliyev xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər Murad Əliyevin meyiti tapılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.