“Müxalifətçi” deputatın milyonluq villaları və … –Şok faktlar

12-10-2015, 11:21   


Çingiz Qənizadə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatdır. Hazırda da həmin dairədən namizəd olaraq seçkilərə qatılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Bu şəxs vaxtilə AXC hakimiyyəti dövründə Bakı şəhər prokuroru olub. Sonradan Müsavat Partiyasının üzvü olub. Lakin 2010-cu ildə hakimiyyətdən deputat mandatı almaq üçün Müsavatdan istefa verib. Müxalifətdə olanda bu şəxs hüquq müdafiəçisi kimi hüquqları pozulan insanların müdafiəsində aktiv görünürdü. Lakin deputat olduqdan sonra, İnsan haqları üzrə İşçi Qrupunun üzvü olsa da belə, nəinki hüquqları pozulan insanların haqlarının müdafiəsinə qalxmır, əksinə siyasi məhbus məsələsinə göz yumur. Bir sözlə, vaxtilə iqtidara qarşı fikirləri ilə yadda qalan Ç. Qənizadə deputat mandatına sahib olması ilə mövqeyini 360 dərəcə dəyişərək qatı iqtidarçı olub.

“Çingiz Qənizadənin adını çəkən, oğlunun cibinə nəşə atdırarıq”

Dia.az saytının 15 aprel 2012-ci il tarixində yazdığı “80 yaşlı YAP üzvü deputatı ittiham etdi” başlıqlı yazıda göstərilirdi ki, İmişli şəhəri, A.Şadlinski küçəsi, 3 saylı evin sakini, 80 yaşlı Dəmirov Sahib Xasay oğlu deputat Çingiz Qənizadəni 13 mart 2012-ci il tarixində evinin qəzalı olması ilə bağlı keçirdiyi aclıq aksiyasına kölgə salmaqda ittiham edib: “İmişli şəhəri A.Şadlinski küçəsi 3 saylı evin sahibi, YAP İmişli rayon təşkilatının 80 yaşlı üzvü Dəmirov Sahib Xasay oclu (şəxsiyyət vəsiqəsi: № AZE 05060281) tərəfindən imzalanmış ərizə daxil olub. Burada şikayətçi Ç. Qənizadənin onunla görüşərkən hədələrlə dolu kobud rəftarını da qeyd edib: «Möhtərəm prezident! Sizə aprel 2012-ci il tarixində yazdığım şikayət ərizəmə görə keçmiş başçı Əbülfəz Ağayev şəhər nümayəndəsi Abbas Nuriyevi bir məmurla qapıma göndərdi. 13 aprel tarixində Abbas Nuriyev icazəsiz olaraq həyətimə daxil olub, məni hədələməyə başladı ki, sən kimsən qoca vaxtında prezidentə və qəzetlərə şikayət edib, mənim atam Haqverdinin, başçımız Əbülfəz Ağayevin və deputatımız Çingiz Qənizadənin adını hallandırırsan, oğlanlarının cibinə nəşə qoyub həbs etdirərik. Sonra o, harasa zəng etdi, Çingiz Qənizadə adlı deputat da gəldi. Mən onu ilk dəfə idi görürdüm. Çingiz Qənizadə məndən hədə ilə soruşdu ki, sənə məktubu kim yazıb? Onun adını de, sənə ev tikək. 2 ildə evimi tikməyənlərin birdən-birə dəstə ilə qapıma gəlməsi məni qorxutdu. Abbas Nuriyev nə isə yazdı, dedi buna qol çək. Çingiz adlı deputat da mənə dedi ki, çəkməsən, vəziyyətin pis olacaq. Sən dövlətə təzyiq edib ev istəyirsən. Mən onlara dedim ki, nəyə istəyirsiniz, verin qol çəkim. Çıxın gedin, sizin evinizi-zadınızı istəmirəm. Abbas Nuriyevin yazdığı kağıza qol çəkib, özünə verdim.

Möhtərəm Prezident! Vətəndaşlara qurunt sularından zərər çəkmiş evlərinə görə, təzə evi siz tikdirirsiniz. Niyə bunlar mənə ev tikmək əvəzinə boş kağızları hədə ilə qollatdırır?

Qənizadə mandatı necə alıb?

“Azadlıq” qəzeti 2 dekabr 2011-ci il tarixli məqaləsində hazırda Haqqın.az saytının rəhbəri olan Eynulla Fətullayevə istinadən yazırdı ki, həbsdə olduğu müddətdə hakimiyyətin ona qarşı hazırladığı müraciətə deputat Gültəkin Hacıbəyli imza atmasa da, hüquq müdafiəçøisi Çingiz Qənizadə imza atıb. Ona görə də mandatı G.Hacıbəyliyə yox, Ç.Qənizadəyə veriblər.

Kim yalan danışır, Qənizadə yoxsa Həmidov?

“Yeni Müsavat” qəzetinin 24 fevral 2011-ci il tarixli yazısında Tərtərin sabiq icra başçısı Sərdar Həmidovun Ç.Qənizadənin qardaşı İsgəndər Həmidovla bağlı yalan və təhqirlərinə cavabı dərc olunmuşdu. Məsələn, Çingiz Qənizadə yazırdı ki, guya İsgəndər Həmidov 1992-ci il 16 may mitinqi zamanı qaçıb. Amma S. Həmidov bun görə Qənizadəni ağ yalan danışmaqda ittiham edib: “Qənizadə iddia edir ki, guya Elçibəy ona deyib ki, İsgəndər Mahir Cavadovu Bakı şəhər prokuroru etmək istəyir, səni ora təyin edirəm, İsgəndərin qarşısında sən dayana bilərsən. Çingiz bəyin sözlərindən belə çıxır ki, prezident bir nazirin öhdəsindən gələ bilmirmiş, bunu Qənizadə bacarıb. Bu öz prezidentini aşağılamaqdır. İsgəndərin Mahiri Bakı şəhər prokuroru təyin etdirmək istəməsi ağ yalandır. Çox qəribədir, bu gün Mahir də İsgəndər Həmidovun ünvanına ağzına gələni danışır, Çingiz də. Bu da Çingiz Qənizadənin yalan danışdığını təsdiqləyir. Onun Kəlbəcər üçün yığılan yardımları guya mənimsəməsini iddia etməyə isə bir ad tapıb verə bilmirəm. Həmin vaxt “Murovdağ” cəmiyyəti yaradılmışdı, kimin imkanı çatırdısa, ora yardım edirdi. Həmin o vəasiti də kəlbəcərlilərə paylayırdılar. İsgəndər Həmidov “Azərnəşr”də – xeyriyyə cəmiyyətinin yerləşdiyi qurumda oturmayıb, sadəcə ora tez-tez gedib yardım edib. Bir az səviyyəli danışmaq və yerini bilmək lazımdır. Necəsə deputat olmaq o demək deyil ki, sən əjdahasan, hamıdan ağıllısan. Necə olur demokratik düşərgədən heç kimi seçilməyə qoymadılar, amma sən mandata sahib oldun?”

Məmur intriqalarına qoşulan “müxalifətçi deputat”

Jam.Az saytı 23 yanvar 2015-ci il tarixli məqaləsində yazırdı ki, keçmiş prokurorun, daha sonra hüquq müdafiəçisinə çevrilmiş Çingiz Qənizadə kimi bir deputatın son zamanlar artan aqressiyası artıq mətbuat səhəfilərinə də daşınmağa başlayıb. Gündəmə gəlmək üçün bir dövr müxalifət mətbuatından və onun auditoriyasından məharətlə istifadə edən prokuror, qatıldığı bütün qanunsuz kütləvi aksiyalarda dəyən dəyənəklərdən kameralar önündə çəkinmədən başını ovuşduraraq “insan hüquqlarından” danışan Çingiz Qənizadə bir müddət sonra müxalifətə də “ataraq” deputat kürsüsünə çıxdı. Deputat olduqdan sonra “insan hüquqları” mövzusunu hətta leksikonundan belə çıxaran keçmiş prokuror, bəzi məmurlar arasındakı intriqlara qoşuldu.

Hətta deputat seçildiyi bölgənin əhalisinin problemlərindən belə bixəbər olan keçmiş müxalifətçi, bu intriqalardan istifadə edərək tutduğu tribunanı “muzdlu” döyüşçü kimi istifadə etməyə başladı. Bir məmurun sifarişi ilə digərini, başqasının sifarişi ilə qeyrisini “vurmağa” başlayan “hüquq müdafiəçisi” cəmiyyətdə baş verən bütün çirkin qalmaqalların mərkəzində yer aldı. Deputat seçildiyi ərazidə heç kəsin xeyrinə-şərinə yaramayan və regionun heç bir problemini Milli Məclisdə qabartmayan Qənizadənin adı ona aid olmayan bütün məsələlərdə hallanmağa başladı. Bu isə onun deputat mandatı ilə prokuror vəsiqəsini səhv salmasının nəticəsi idi.

Çingiz Qənizadə kimin “paqon yoldaşı”dır?

Son dəfə “prokuror-hüquq müdafiəçisi” gündəmə Leyla Yunus ətrafında yaranan qalmaqal zamanı gəldi. Bir vaxtlar eyni qazandan xörək yediyi Leyla Yunusun polis əməkdaşının furajkasını yerə atmasını “həzm edə bilməyən” Qənizadə Ramil Usubova müraciət edərək papağını qoruya bilməyən həmin polisi mükafatlandırmağı təklif etmişdi. Maraqlıdır Çingiz müəllim o zaman “cici-bacı” olduğu Leyla Yunusun cəzalandırılmasını tələb etməyərək, niyə furajkası yerə atılan polisi mükafatlandırmağı təklif etdi? Əlbəttə “paqon yoldaşlığı” var ortada, hətta baxmayaraq ki, bir zamanlar Çingiz Qənizadə qanunsuz kütləvi aksiyalardan sonra yalandan başını və “yumşaq yerini” ovuşduraraq “Azərbaycan polisini despotizmdə, zorakılıqda, özbaşınalıqda” günahlandırırdı, amma sonradan niyəsə Leyla Yunusun zorakılığına məruz qalmış polisin “hüquqlarını” qorumaq qərarına gəldi, Çingiz müəllim. Axı bir zamanlar antiazərbaycan fondlardan maliyyələşən “hüquq-müdafiə” kantorlarında əyləşib, düşmən çörəyi yeyib, Avropa məhkəmələrinə Azərbaycandan “donos”lar yazıb”.

Burada xatırladılır ki, növbəti parlament seçkilərində yer qazanmaq üçün prokuror-deputat yenidən özünəməxsus tərzdə aqressiv bəyanatlar verərək gündəmə gəlmək istəyir: “Özünə və sahəsinə aid olmayan məsələlərə “burnunu soxaraq” xal qazanmağa, həm ictimayyətin, həm də hakimiyyətin diqqətini öz üzərinə çəkməyə çalışır.

Villalar sahibi olan “müxalifətçi” deputat

“Gündəlik Bakı” qəzetinin 23 fevral 2011-ci il tarixində sabiq daxili işlər naziri İsgəndər Həmidovla aldığı müsahibədə müsahib Mərkəzi Univermağın yanındakı obyektin, 6-cı mikrorayonda 3 mərtəbəli villanın Ç.Qənizadəyə məxsus olduğunu deyib.

Yenicag.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.