"Partiya biletim olmasa da, ən böyük YAP-çı mənəm" -Prof. Qüdrət İsaqov

12-10-2015, 12:06   

Yeni Azərbaycan Partiyasının hörmətli Sədrinə,
İcra Katibi Əli Əhmədova, İcra Katibinin müavini Siyavuş Novruzova və YAP-ın sıravi üzvlərinə
Əziz dostlar! Prezidentimiz İlham Əliyevlə 3 dəfə görüşmüşəm!
Mən fəxr edirəm ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevlə Naxçıvanda 1,5 saat müddətində onun kabinetində görüşmüşəm, onun müdrik və əvəzsiz məsləhətlərini dinləmişəm!
2008, 2013-cü il prezident seçkilərində aktiv iştirak etmişəm! Prezident seçkilərinə əvvəlcə namizəd kimi qatılsam da, sonra Prezident İlham Əliyevin Azərbaycanda real alternativi olmadığını birmənalı qəbul etmişəm! Prezidentimizin təbliğatçısı olmuşam! Sorğular aparmışam! Seçkilərin hər birində 100-ə yaxın məntəqələrdə, o cümlədən də Prezidentimizin səs verdiyi məntəqədə müşahidələr aparmışam! Seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsi haqqında hesabatlar yazmışam! 2008-2013-cü illərdə gördüyüm işlərin nəticələrini əks etdirən "Mənim Prezidentim İlhamdı"adlı kitab yazmışam! Kitabımın bir nüsxəsini şəxsən Prezident İlham Əliyevə təqdim etmişəm. Kitabımın nüsxələrini Prezident Administrasiyasına, nazirliklərə, elm adamlarına paylamışam! Facebookda yüksək reytinqi olan "Mənim Prezidentim İlhamdı" adlı qrup və səhifə yaratmışam!
Naxçıvanda Ulu Öndər Heydər Əliyevlə 1,5 saatlıq görüşümün təəssüratları və elmi təfəkkürüm əsasında "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin və İlham Əliyevin tarixi missiyaları" adlı kitab yazmışam.
Bu kitabımdan sonra "Mehriban Əliyevanın tarixi missiyası", "İlham Əliyev: qlobal problemlərə qlobal baxış" adlı məqalə-əsərlər yazmışam.
120 yaxın elmi işin müəllifiyəm, onlardan 100-ə yaxın işim xaricdə dərc olunub.
Kitablarımın əsli Prezident Administrasiyasında: cənab Ramiz Mehdiyevdə, Əli Həsənovda və digərlərində var. Bu kitabları prezidentliyə keçmiş namizəd-yəni mən, dövlətimizin və prezidentimizin yüksək imicinin daha da ucaldılması, ölkəmizdə əmin- amanlığın qorunması və sabit inkişaf naminə yazmışam. Kitablardakı məqalələrin hamısı mətbuatda dərc olunub.
Bu kitablar Azərbaycanda prezidentliyə namizədin Prezident haqqında yazdığı kitablar olduğundan onların böyük siyasi mənaları var və analoqu yoxdur! Bu kitablar kitabxanalarda digər mənbələrdən istifadə etməklə yazılmayıb. Bu kitabların hər biri iş prosesində yazılıb və mənim gördüyüm işlərin və elmi təfəkkürümünməhsuludur.

Gördüyüm işlər namizədlərin hamısından fərqli və yüksəkdir

Milli Məclis üzvlüyünə namizəd olaraq seçkilərə "Mənim Prezidentim İlhamdı", "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın tarixi missiyaları"adlı böyük siyasi çəkiləri olan kitablarımla gedirəm.
Xahiş edirəm gördüyüm işlərin siyasi mənasının digər namizədlərin hamısından fərqli və yüksək olduğunu nəzərə alaraq, ilk növbədə, mənim deputatlığa namizədliyimi dəstəkləyəsiniz.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mənim YAP-a üzvlük biletim olmasa da, Sizinlə eyni ideyanın daşıyıcısıyam. YAP bəyan etmişdi ki, biz tanınmış şəxsləri müdafiə edəcəyik.
Ona görə də Sizdən xahiş edirəm mənim 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyimi dəstəkləyəsiniz. Deputat olacağım təqdirdə insanların dövlətimizə və dövlətçiliyimizə inamının yüksəlməsi naminə daha böyük işlər görəcəyəm.
Deputatlığa namizədliyimi dəstəkləməklə Siz digər deputatların, alim və ziyalıların da dövlətimiz naminə böyük işlər görməsinə, dövlətçiliyimiz naminə milli birliyimizin möhkəmləndirilməsinə böyük töhfə verəcəksiniz!
Dərin hörmət və ehtiramla,

Prof.Dr. Qüdrət İsaqov
- See more at: http://xalqxeber.az/siyaset/25976-partiya-biletim-olmasa-da-en-boyuk-yap-chi-menem-prof-qudret-saqov.html#sthash.SqvGN3XP.dpuf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.