Cinayət dünyasında ad ala bilməyən deputatın başgicəlləndirən karyerası – ŞO

13-10-2015, 10:17   
Cinayət dünyasında ad ala bilməyən deputatın başgicəlləndirən karyerası – ŞO
Azərbaycanın qaranlıq keçmişi olan məmur və deputatlarının saiyahısına nəzər salsaq, ilk öncə onların içərisində ən sürətli sıçrayışla özünü irəli atmış Adil Əliyevi görə bilərik. Gənc yaşda hər kəsə belə sürətlə uğur qazanmaq qismət olmadığından, Adil Əliyevin yaxın və kifayət qədər qaranlıq keçmişinə nəzər salmaq hazırkı vəziyyətdə lap yerinə düşərdi. Özünün yazdırdırdığı tərcüməyi-halındakı gurultulu uğurlar isə, yalnız və yalnız qaranlıq keçmişinin üstünü örtmək, kriminal keçmişinə pərdə salmaq cəhdlərindən başqa bir şey deyil.
Gəlin başdan başlayaq. 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuş Adil Əliyev sovet dövründə Bakıda orta idman məktəbini bitirib. İdmançı kimi də özünü təsdiq edə bilməyən, fiziki cəhətdən zəifliyi ilə həmyaşıdlarından seçilən Adil Əliyev hərbi xidmətini SSRİ hərbi dəniz qüvvələrində keçib. Bir müddət donanmada qalan Əliyev daha sonra Peterburqdakı dənizçilik məktəbini bitirdikdən sonra Azərbaycana qayıdıb. Yeni yaradılan Azərbaycan ordusunun hərbi dəniz qüvvələrində zabit kimi “düzələn” Adil Əliyevin ulduzu 1994-cü ildən sonra parlamağa başlayıb. Qardaşı Məhərrəm Əliyevin Bakı şəhər baş polis idarəsinə rəis təyin edilməsi ilə Adil Əliyev donanmadakı xidmətini atıb polis orqanlarında ştatdankənar fəaliyyətə başlayır. Başına yığdığı idmançılardan ibarət qoçu dəstəsi ilə o dövrlər şəhərdə terror əsdirən Adil Əliyevin dəfələrlə kriminal “razborkaların” iştirakçısı olduğu həmin vaxtları yaxşı xatırlayanlara məlumdur. Əsasən şəhərin mərkəzi rayonlarında öz kriminal fəaliyyətini davam etdirn Adil Əliyevin dəstəsi bir müddət Nizami rayon 23-cü polis bölməsinin o zamankı rəisi Müşviq Mədətovla neft oğurluğu ilə məşğul olub. Sonralar Müşviq Mədətovla aralarında yaranmış konfliktə görə bu sahədən çəkilən Adil Əliyev “dəstəsi” ilə yeni formalaşmaqda olan orta biznesin üzərinə çökür. Bakının bağ massivlərindən birində “özəl həbsxana” təşkil edən Adil Əliyevin xərac üstündə onlarla biznesmeni və iş adamını bu “özəl həbsxanasında” döyərək işgəncə verdiyi, polisdəki əlaqələri, habelə qardaşının adından istifadə edərək bütün işləri bağladığı da hər kəsə məlumdur.
Həmin illərdə onun şəhərdə bir-neçə dəfə kriminal “avtoritetlərtin” adamları ilə toqquşduğu, razborkaların olduğu və hətta oğru başçıları tərəfindən ölümə məhkum edildiyi də həmin dövrlər şəhər əhalisi arasında ən çox müzakirə edilən hadisələrdən idi. Deputata yaxın olan mənbə məlumat verir ki, həmin illərdə Adil Əliyevin ən böyük arzusu cinayət aləmənidə nüfuz sahibinə çevrilmək və “oğru” adı almaq olub. Amma “avtoritetlərin” birmənalı şəkildə onu qəbul etməməsi Əliyevi bərk məyus edib. Daha sonra kriminal hərəkətlərini polis mundiri ilə maskalayan Adil Əliyev qoçu dəstəsini də polis orqanlarına yeritməyə müəssər olur. Kriminal dünya ilə polis fəaliyyətini sintez edən Adil Əliyev artıq istədiyi adamı tuta, döyə, alçalda, pulunu, malını əlindən ala bilərdi.
1994-cü ildən Səbail rayon rayon polis idarəsinin 39-cu polis bölməsində rəis müavini kimi işə başlayan dəstə başçısı Adil Əliyev bu ərazidəki bütün gecə barlarına, fahişəlik və narkotik alverinə nəzarəti öz əlinə keçirir. Qısa müddət ərzində bütün şəhərdə bu biznesə nəzarəti bərpa edən qoçu rəis müavininin hazırkı biznesinin başlanğıc kapitalını məhz bu sahələrdən topladığı bildirilir. Adil Əliyevin şəxsən iştirakı ilə uğurlu biznesmenlər ciblərinə narkotik atılaraq və ya fahişələr tərəfindən şərlənərək tutulur, daha sonra birbaşa 39-cu bölmədə linc edilərək varı-yoxu, hətta evləri belə əllərindən əllərindən alınıraq küçəyə buraxılırdılar. Əlacsız qalan, yuxarı instansiyalara şikayət etməkdən qorxan onlarla belə insanın məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdiyi haqda həmin şəxslərin özlərinin təsdiqlədiyi faktlar var. Oğurluğu, soyğunçuluğu, reketi peşəkər quldur kimi həyata keçirən Adil Əliyevin dəstəsinin polis mundiri onu daha da qorxunc edirdi.
Artıq şəhərin mərkəzi rayonunda quldur-polis imici qazanmış Adil Əliyev cinayətlərininin üstünün gec-tez açılacağını anlayaraq qardaşının köməyi ilə Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi keçir. Quldur əməllərini burada da özünəməxsus tərzdə həyata keçirməsi qısa müddət ərzində Bakı-Krasnovodsk, Bakı-Şevçenko marşrutu ilə üzən bərələrin boş qalmasına gətirib çıxarır. Bərənin xidmətindən istifadə edən biznesmenlər “Adil Əliyev faizi” ucbatından öz mallarını daha təhlükəli olan Çeçenistan marşurutu ilə aparıb-gətirməyə başlayırlar. Məlumatlara görə, Adil Əliyevin quldur dəstəsi dəniz vağzalında dəfələrlə xərac verməkdən imtina edən şəxsləri vəhşicəsinə döyüblər. Bərələrin boş qaldığını, gəlirin ciddi şəkildə azaldığını görən Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovun işə qarışması ilə Adil Əliyevi və onun 39-cu bölmədən Bərə polisinə gətirdiyi bandit dəstəsi buradan da uzaqlaşdırılırlar.
Daha sonra nəzarətindəki narkotik şəbəkəsinə görə, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi təyin edilir. Bir neçə il də burada cinayətkar fəaliyyətini polis mundiri altında davam edtidən Adil Əliyev daha sonra başının dəstəsi ilə birlikdə Yasamal polisinə göndərilir. 2003-cü ildə Nərimanov polis idarəsinin 16-cı bölməsinin rəisi təyin edilən Adil Əliyev burada da öz “dəsti-xətti” ilə yaddaşlarda qalır. 2005-ci ildə artıq adının kriminal söhbətlərdə tez-tez çəkildiyini nəzərə alaraq Adil Əliyev polis orqanları ilə vidalaşır.
10 ildən çox müddətdə polis mundiri ilə reket, soyğun, narkotik dövriyyəsindən qazandığı milyonlarla pulu biznesin müxtəlif sahələrinə yatıraraq burada leqallaşdırır. Biznesini qorumaq və düşmənlərindən də qorunmaq üçün siyasi fəaliyyətə başlayan Əliyev 2005-ci ildə Milli Məclisə deputat seçilir. Artıq üç müddətdir ki, Milli Mıclisin deputatı olan kriminal keçmişli Adil Əliyevin yenidən deputat olmaq istədiyi bildirilir.
Növbəti yazımızda Adil Əliyevin nəzarətində olan, çirkli pullar hesabına qurulmuş biznes strukturları haqqında fotolarla ətraflı məlumat verəcəyik.
Ölkə.az, informasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.