Deputatı kənddə "lapatka" ilə qarşıladılar: "Rədd ol, burdan"

14-10-2015, 00:02   
Deputatı kənddə "lapatka" ilə qarşıladılar: "Rədd ol, burdan"
Qaxdan deputat seçilən Azər Kərimli rayona gələr-gəlməz şok olayla qarşılaşıb.
AZXEBER.COM xəbər verir ki, 5 ildir deputat olan və Qaxa yalnız seçkidən-seçkiyə gələn Azər Kərimliyə nifrət pik həddə çatıb. Bu haqda sayta yerli sakinlər məlumat verib.

Belə ki, dünən Qaxın Əlibəyli kəndinə görüşə gedən deputatı yerli sakinlər "lapatka" ilə qarşılayıblar. Əsasən gürcülərin yaşadığı kənd kimi tanınan Əlibəyli kənd sakinləri deputata: "Bizim sənin kimi deputatımız yoxdur, sən bu kəndə girməyəcəksən, rədd ol burdan" deyərək Azər Kərimlini kənddən qovublar.

Deputatı görüş zamanı müşaiət edən icra hakimiyyətinin nümayəndələri və bələdiyyə sədri işə qarışıb, əhalini sakitləşdirə bilib. Azər Kərimlinin isə seçiciləriylə görüşmək planı baş tutmayıb.

Qeyd edək ki, Azər Kərimli bu dəfə də namizədliyini 112 saylı Qax seçki dairəsindən verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.