ABŞ səfiri Azərbaycana Qəzzafinin aqibətini xatırlatdı

15-10-2015, 00:40   
ABŞ səfiri Azərbaycana Qəzzafinin aqibətini xatırlatdı

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün Bakıda ADA Universitetində (Diplomatiya Akademiyası) çıxış edərkən yerli dinləyicilərə keçmiş Liviya diktatoru Müəmmar Qəzzafinin taleyini xatırladıb.

Bununla belə səfir deyib ki, ABŞ-ın Azərbaycanla münasibətləri bərabərhüquqluluq, demokratiya və azadlıq əsasında qurulur.

İki ölkə arasında qarşılıqlı münasibətlər tarixinə nəzər salan səfir Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, həmin dövrdə demokratik norma və azadlıqların təmin edilməsini xatırlayıb.

İkitərəfli münasibətlərin hazırkı mərhələsi haqqında danışan səfir təhlükəsizlik məsələlərini, energetika və infrastruktur layihələrini qeyd edib.

“Eyni zamanda demokratik institutlarının inkişafını, qanunun aliliyini və əsas azadlıqların təmin edilməsini mühüm hesab edirik” - deyə səfir qeyd edib.

"Sabitlik o ölkədə mümkündür ki, insanlar hökumətin onlar qarşısında hesabatlı olduğunu hiss etsin" - deyə amerikalı diplomat bildirib.

Daha sonra o, prezident Obamadan qeyri-demokratik ölkələrin vaxtaşırı qeyri-sabitlik nümayiş etdirdiyi barədə sitat gətirib.

“Liviyada bugünkü böhranın əsasında Qəzzafinin 42 illik idarəetməsi durur. ABŞ Azərbaycanı sabit, çiçəklənən və demokratik ölkə kimi görmək istəyir" ” - deyə Sekuta qeyd edib ("Turan").
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.