Əliyev Putinin hərbi ittifaqına qoşulur? – Astanada təhlükəli anlaşma

16-10-2015, 20:05   

MDB sammitində birgə hərbi qrup yaratmağa qərar verildi

Qazaxıstanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammiti yekunlaşıb.

MDB İcraiyyə Komitəsinin açıqladığı rəsmi məlumatda bildirilir ki, dövlət başçıları 16 sənəd imzalayıb.


Bu sənədlər içində diqqəti çəkən əsas bənd sərhəd mühafizəsi ilə bağlı razılaşdırılmış qərardır.

İmzalanmış sənədlərdən biri “ MDB dövlətlərinin sərhəd və digər qurumları ilə xarici sərhəddə böhran situasiyasını həll etmək, nəticələrini aradan qaldımaq üçün göndəriləcək qrupların formalaşdırılması barədə qərar” adlanır.

Sənədin mətnindən aydın olur ki, MDB dövlət başçıları öz ölkələrinin güc strukturlarının iştirakı ilə adıçəkilən birgə hərbi qrupların yaradılmasına və fəaliyyətinin koordinasiya olunmasına razılıq veriblər.



Maraqlıdır ki, sammitdə MDB ölkələrinin 2020-ci ilə qədər hərbi əməkdaşlıq Konsepsiyası təsdiq olunub. Bu qərarda mehriban qonşuluq münasibətlərinin qorunmasına istiqamətlənmiş çoxtərəfli hərbi əməkdaşlıq üçün hədəfərin razılaşdırılması, MDB dövlətlərinin birgə və milli təhlükəsizlyinin təmin olunması üçün geniş tərəfdaşlıq əsasında inkişafı nəzərdə tutulur.

Açıqlamada qeyd olunur ki, dövlət başçıları sərhəd mövzusunda bir sıra məsələləri müzakirə ediblər. MDB ölkələrinin 2016-2020-ci illər ərzində xarici sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi üçün Proqram təsdiq olunub.



Bu proqram MDB ölkələrinin sərhəd xidmətlərinin vahid informasiya məkanının yaradılmasını nəzərdə tutur. Həmçinin MDB dövlətlərinin sərhədərini təhdid edən təhlükəli hissələrində vaxtında yardım göstərməyi nəzərdə tutur.



Bu sənədlərin arasında dövlət başçılarının BMT-nin 70 illiyi, terrorizmlə mübarizə və Çernobl AES-dəki qəzanın 30 illiyi ilə bağlı bəyanatı, miqrasiya, penitensiar xidmətləri rəhbərlərinin şurasının formalaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi məsələlər var (Strateq.az).

Qeyd edək ki, MDB-nin Astana sammitində Ukrayna və Moldova rəhbərləri iştirak etməyiblər. Onlar samiitə qatılmaqdan imtina ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.