Cənab nazir,Şamaxıda müəllimlərin maaşları əllərindən alınır

21-10-2015, 11:12   

Təhsil Şöbəsinə Maliyyə Nazirliyindın gəlmiş yoxlamanı “yola salmaq” üçün hər müəllimdən 150-200 manat tələb olunur

Şamaxı rayonunda fəaliyyətdə olan orta məktəblərin müəllimlərinin hər birindən 150-200 manat tələb olunur. Bu barədə JAM.AZ-a bir qurp rayon fəalı məlumat verib.

Həmin məlumatda deyilir ki, bu pulun yığılmasının səbəbi isə Şamaxı Təhsil Şöbəsinin fəaliyyətini yoxlayan Maliyyə Nazirliyinin əməkdaşların “yola salınması”dır. “Şamaxı Təhsil Şöbəsində aparılan yoxlamalar nəticəsində məlum olub ki, 10 minlərlə manat pul yeyilib. Nazirliyin əməkdaşları da həmin pulun büdcəyə köçürülməsini tələb edirlər. Ödəniləcək məbləğ isə məktəbin kiçikliyindən və böyüklüyundən aslıl olaraq 5000 manatdan 10000 manatadək dəyişir. Məktəb direktorları da bu məbləğin ödənilməsi məqsədilə hər müəllimdən 150-200 manat vermələrini tələb edir. Pul 1-2 gün ərzində verilməlidir”.

Şamaxı fəalları iddia edirlər ki, bununla bağlı müəllimlər etiraza başlayıblar və bildiriblər ki, həmin məbləği heç olmasa maaş aldıqda onlardan götürsünlər. “Lakin Təhsil Şöbəsindən bildirilib ki, bu mümkün deyil. Müəllimlər də cavab olaraq İcra Hakimiyyətinə şikayət edəcəklərini desələr də, nəticə olmayıb. Əksinə, onlara deyilib ki, pul yığılması ilə bağlı tapşırıq elə icra başçısı tərəfindən tələb olunur”.

Sözügedən şəxslər ölkə rəhbərliyinə müraciət edərək, onlardan kömək istəyib. “Cənab prezident, bizə kömək edin. Biz cəmi 200 manat maaş alırıq, onu da yoxlamaya versək, ailəmizi dolandıra bilmərik. Ona görə də, sizdən xahiş edirik ki, Şamaxıda baş verən özbaşınalıqlara son qoyasınız”.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.