Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun da işi yoxlanacaq. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən oktyabrın 17-də dövlət başçısının imzaladığı sərəncamla işdən azad edilən mili təhlükəsizlik naziri Eldar Mahmudovun ə trafında olan adamların da işi yoxlanılır.
Rəsmi məlumatlara əsasən artıq həbs edilənlər var və istintaq hərəkətləri davam etdirilir. Artıq Baş Prokurorluqda aparılan istintaqla bağlı geniş açıqlama hazırlandığı və ictimayyətə açıqlanacağı çöylənilir.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, yoxlamalar təkcə Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı deyil, həmçinin Eldar Mahmudova yaxınlığı ilə tanınan bir sıra məmurlarla bağlı da həyata keçiriləcək.
İnformasiyaya əsasən 1993-cü ildən 2014-cü ilə qədər MTN-nin Tərtər rayon şöbəsinə rəhbərlik etmiş Ağdamın icra başçısı Raqub Məmmədovun da sahibkarlarla bağlı davranışları, həmçinin əməkdaşlıq etdiyi MMC-lər barədə də yoxlamalar başlaya bilər.
Eldar Mahmudovun kadrı olan Raqub Məmmədov da işdən çıxarılır?
Məlumatlı mənbə bildirir ki, Raqub Məmmədov Tərtərdə işlədiyi dövrlərdə bir sıra sahibkarlara qarşı amansız davranışları ilə tanınıb. Qeyd edək ki, R.Məmmədovun Ağdamın icra başçısı işlədiyi zamanlarda da sahibkarlara qarşı amansız davranışları ilə tanınıb. Bildirilir ki, hazırda Raqub Məmmədova da digər MTN-çilər kimi işdən ayrılmamaq və fəaliyyəti ilə bağlı dolğun hesabatları əlaqədar qurumlara və şəxslərə verməsi tələb olunur.
Raqub Məmmədovun həyat yolu:
Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Xıdırlı kənd orta məktəbində oxumuşdur. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir.
1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1986-1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində ikinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində birinci katib 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir.
1993-2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib[1].
Partiyalılığı bitərəfdir. Ailəlidir, 3 övladı , 2 nəvəsi var.
Gundeminfo.az-a danışan mənbə bildirir ki, yaxın günlərdə Ağdamın icra başçısı da işi ilə vidalaşmalı olacaq. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.