BTRİB-in rəis müavini “MTN işi” üzrə yoxlanılır – həbsi gözlənir

25-10-2015, 17:16   
BTRİB-in rəis müavini “MTN işi” üzrə yoxlanılır – həbsi gözlənir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) “MTN işi” ilə bağlı yoxlamalar davam edir.

Musavat.com-a daxil olan məlumata görə, artıq BTRİB-in baş direktor müavini Əhməd Mehdiyevin də fəaliyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılır.

Əldə etdiyimiz məlumata görə, Ə.Mehdiyevlə qurumun texniki direktorunun müavini Qalib Xəlilovun (onlar həm də yeznə-qayındılar-red.) qısa müddət ərzində böyük sərvətə sahib olması, hər iki məmuru diqqət mərkəzinə gətirib.

Belə ki, məlumatlara görə, Ə.Mehdiyev qayını Qalib Xəlilovun əli ilə qeyri-qanuni tikintilər aparıblar. Məsələ ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

Qeyd edək ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra, onun qohumu BTRİB-in rəhbəri Beytulla Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Daha sonra isə o, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən azad olunub.

Əli Rais,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.