İcra başçısı Prezident Admnistrasiyasına qarşı

27-10-2015, 01:14   
İcra başçısı Prezident Admnistrasiyasına qarşı

Füzulinin icra başçısı Alı Alıyev seçkidə “onbaşı” və “yüzbaşı” sistemlərindən geniş istifadəyə davam edir.
Jam.az xəbər verir ki, icra nümayəndələri, bələdiyyələr, müəllim və digər büdcə təşkilatlarından ibarət qruplar hazırda rayonda seçki təbliğatı aparır, hakimiyyətin dəstəklədiyi namizədlərin plakatlarını yapışdırır, əhali ilə görüşüb, onlara yön verir.
Jam.az yazıb ki, gündə bir dəfə isə aparılan işlərlə bağlı İcra Hakimiyyətində “onbaşı” və “yüzbaşı”ların yığıncağı keçirilir.
Qeyd edək ki, Alı Alıyevin bu hərəkəti konkret olaraq Prezident Admnistrasiyasına qarşıdır. Və onlarla hesablaşmadığını göstərir. Görünür, Alı Alıyev özünə çox arxayındır. Bu səbəbdən də Azərbaycan hakimiyyətinin adına söz gəlməsini belə əhəmiyyətsiz hal kimi qəbul edir və ya buna şərait yaratmaqdan məmnuniyyət duyur. Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.