Əsabil Qasımov imperiyası dağılmaq üzrədir

27-10-2015, 02:05   
Əsabil Qasımov imperiyası dağılmaq üzrədir
Deputatlığa namizəd, biznesmen-deputat Əsabil Qasımovun bir neçə gün əvvəl vəzifəsindən azad olunan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun çevrəsinə daxil olması haqda yayılan xəbərlər vəziyyəti mürəkkəbləşdirib.

Yerli məmurlarına iri məbləğdə pul xərcləməklə yenidən mandat almağa çalışan Əsabill Qasımov son günlər ciddi əndişə içindədir:
“Əsabil Qasımov çox böyük biznes imperiyasına rəhbərlik etməsini təsdiq edən xəbər yayılıb. Həmin xəbərdə deputatın sahib olduğu əmlakların siyahısı da qeyd olunub. “Karat Holdinq” şirkəti daxil olmaqla, “Karat MTK”, “İdeal MMC”, “İzmir MMC” (tikinti şirkətləri), “Azinvest” Tikinti Şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alğı-satqısı), Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki, ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində), “Gəncə Fatoğlu” (un dəyirmanı), Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri Səməd Vurğun küçəsində “Ağ Saray” binası, Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” şirkətləri və digər daşınmaz əmlaklara sahib olan deputat bunları qorumaq üçün Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan bir neçə generalla da yaxınlıq edib. Ancaq o, çox yaxşı bilir ki, mal-dövlətlə yanaşı, özünün və ailəsinin də təhlükəsizliyini qorumaq əsas vəzifəsidir. Bununçün də yenidən deputat olmağa can atır. Ancaq Eldar Mahmudovun seçkiyə günlər qalmış “vurulması” onu və bir neçə həmyerlisini də çətin vəziyyətdə qoyub”.
Məlumatlı şəxs deyir ki, az öncə İmişlidən namizəd olmasına problem yaradılan sabiq deputat İltizam Əkbərlinin yaydığı foto-faktlar da Əsabil Qasımovu sıxıntıya salıb:
“Sabiq deputat foto-fakt yayaraq Əsabil Qasımovun seçki qərargahında 79 saylı DSK-nın sədri, icra başçısının müavini və bir çox başqa məmurlar təmsil olunduğunu bildirdi.

Belə bir iddianı təsdiq edən fotolardan (foto yazıya əlavə olunub və oradakı şəxslərin adları sağdan sola sıralanır – “Reytinq”) aydın olur ki Əlirza Haqverdiyev (İmişli Bələdiyyəsinin sədr müavini), Sabit Yaqubov (79 saylı İmişli seçki dairəsinin sədri), Naib Xəlilov (Deputatlığa namizəd Əsabil Qasımovun vəkili, xalası oğlu, ”Karmen” şirkətininİmişli üzrə satış müdiri), İftixar Əliyev ( İmişli Bələdiyyəsinin sədri), Nəvaşir Bəşirov (7 saylı Ərazi Ekoloğiya və Təbii sərvərlər şöbəsinin rəisi), Valid Ağayev (İmişli rayon İH-nin iqtisadi məsələlər üzrə müavini), Səməd Səmədov (Yerli qəzetin redaktoru), Saleh Səmədov (Standartlaşdırma, Metroloğiya və Patent üzrə İmişli Ərazi İdarəsinin rəisi), Səlim Mehdizadə (Rayon İH başçısının müavini), Rahim Zahidov (Rayon İH aparatında hüquq şöbəsinin müdiri, Əsabil Qasımovun seçki qərargahının üzvü), Əlişir Əhmədov (Rayon İH-nin işçisi), Sabit Səmədov (Rayon İH-nin işçisi) seçki qanunvericiliyinə zidd olaraq, Əsabil Qasımovun qələbəsini bərbiaşdan qeyd etmətə başlayıblar. Ancaq Eldar Mahmudovun “vurulması”, Əsabil Qasımovun MTN-dəki generalla əlaqəsinin faş olması təkcə deputatın yaxın ətrafına deyil, elə o fotodakı məmurları da qorxuya salıb. Deyə bilərəm ki, onların hər biri artıq “nişangah”dadır”.\reyting\
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.