Gömrükdə rüşvət qalmaqalı

27-10-2015, 09:37   
Gömrükdə rüşvət qalmaqalı

"Bəlkə mənə, bütün şüurlu həyatını Azərbaycana həsr etmiş bir soydaşınıza yol göstərəsiniz?"
Avropa "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadənin ölkə ictimaiyyətinə müraciəti.

Əziz dostlar və Azərbaycanın gələcəyindən narahat olan dəyərli aydınlar!!!

Ölkə rəhbəri prezident İlham Əliyev üzünü Azərbaycan diasporuna tutaraq dəfələrə cıxışlarında tövsiyə edib ki, diaspor fəlları və Azərbaycan disaporu maddi cəhətdən güclənməli, erməni lobbisinə qarşı ümiummili hədəflər olaraq gözləmə mövqeyində deyil, hücum taktikasını seçməldir.

Uzun illərdir Avropada yasayan diaspor fəalı kimi, Azərbaycanıma təmənnasız şəkildə etdiklərimi bilən aydnlarımiz az deyil. İnsan etdiklərini dilinə gətrməsin gərək. Tək onu deyə bilərəm ki, Qarabağ savaşının ağır illərində Azərbaycana vacib olan dərmanların göndərilməsini və əsgər və zabirlərimizin Polsada müalicəsini təşkil edib, öz hesabıma bütün bunları maliyələşdirmişəm. Xalqımız və dövlətimiz qarşısında etdiyim fəaliyyətin siyahını uzada da bilərəm. Ancaq atalarımız haqlı olaraq demişlər ki, gərək sağ əlin verdiyini sol əl bilməsin...

Uzun illər maddi sıxıntılara son verib, yenidən böyük biznesə qayıtmalı oldum. Cünki, önümdə həyata keçirməli olduğum və milli maraqlara söykənən onlarca layihələri heç bir kimsədən ummadan gerçəkləşdirmək istəyirdim. Bütün bu işləri isə həyata keçirməyə maddi güc lazımdır.

Bir cox qürbətçi diaspor fəalı və bir iş adamı kimi inanıb Bakı ilə, öz tarixi vətənimlə işə başladım. Elə ilk göndərdiyim yük konteyneri Balakən gömrük məntəqəsində 3-4 gün saxlanıldıqdan sonra, məndən 1000 dollar rüsvət alaraq yükümü göndərdilər Bakıya. Burada isə yük konteynerimi həftələrlə saxlayıb elə həmin Gömrük Komitəsi tərəfindən məndən 20 min manat rüsvət tələb etdilər.

Bakı şəhər Gömrük İdarəsində FHN naziri Kəmaləddin Heydərovun adamı olduğu deyilən və “İbo” ayaması ilə tanınan Nehrəmli Ibrahim 19500 manatdan bir qəpik də olsun geri çəkilməyəcəyini söyləyib, bir daha mənimlə danışmağa belə vaxtı olmadığını bildirdi.

Yaşı az olmasına baxmayaraq, eni ilə boyu bir olan bu əcaib vücud elə oradaca heç kimdən cəkinmədən rüşvəti açıq şəkildə toplayır və kabinentinin önündə dayanmış qara eynəkli və qara geyimlilər isə həmin pulu naməlum istiqamətə daşıyırdılar.

Bakı Gömrük İdarəsinin “Korrupsiya İdarəsi” ilə yan- yana olduğunu nəzərə alıb özünüz firikləşin...

Adamın üstündə Allah var, deyərlər. Düşdüyüm bu vəziyyəti bilib gömrük rəsmisi Vüsal Novruzov məni dinləyib kömək etməyə göstəriş verdi. Mən tələb olunan qanunla 2800 dollar rəsmi rüsumu kassaya kecirdim. Həftənin sonunu bəhanə edib məndən 1000 manat rüşvət əlavə aldilar.

Yenidən Vüsal Novruzovun yanına girməyə isə utandim...

Bundan sonra bir daha Bakıya mal vurmayacağıma söz verdim. Lakin yenidən bildirdilər ki, ölkə rəhbəri diaspor biznesmenlərinin maddi cəhətdən güclənməsində maraqlıdır. Yenidən bir biznes növü tapıb mal vurdum.

Yəni Bakıya az işlənmiş yüksək markalı maşın təkərləri gətirdim. Bu dəfə yük konteynerimin hər birindən 15 min manat olmaqla rüsvəti məcburən aldılar.

Yəni iki maşın yük üçün toplam 30 min manat. Təsəvvur edin ki, 1 manat belə dövlət rüsumu ödəməmi belə tələb etmədən bütün bu əməliyyatları başa vurdular. İndi görün, belə konteynerlərdən Bakıya gündə neçəsi daxil olur.

Bir neçə ay budan öncə Bakıya göndərdiyim donmus tərəvəz və toyuq ətini isə əməlli başlı müsadirə etdilər. Yalnız insafa gelib fakturada yazılmıs pulu verib bildirdilər ki, bir də belə hərəkət etməyin.

Əziz dostlar və Azərbaycanın gələcəyindən narahat olan dəyərli aydınlar, mənə dəymiş zərəri kimdən tələb etməliyəm? Təkərlər ücün verdiyim 30 min manatı alanda dedilər ki, bi sahə Kəmaləddin Heydərovun xüsusi nəzarətindədir.

Bəlkə mənə, bütün şüurlu həyatını Azərbaycana həsr etmiş bir soydaşınıza yol göstərəsiniz? (Tezadlar.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.