Şəhid atasından İlham Əliyevə ilginc müraciət

28-10-2015, 10:06   
Şəhid atasından İlham Əliyevə ilginc müraciət
İki məmur ölkə başçısının tapşırıqlarına əməl etmir

Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı Ilham Əliyevlə sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Əli Hüseynov müraciətin bir surətini “Azadlıq”a göndərib. Şəhid atası yazır:

“Cənab prezident və cənab nazir! Mən öhdəlik götürdüyüm heyvanları aldığım üçün ”Aqrokredit”in sədri Məmməd Musayevə 14 iyul 2015-ci il tarixli rəsmi teleqram vurmuşam ki, nümayəndələrinə göstəriş versin ki, gəlib Biləsuvardakı 200 baş qoyunlara baxış keçirsin. Ondan oğlum Ramil Hüseynova akt verməyini də xahiş etmişəm. Lakin sizin tabeliyinizdə olan Məmməd müəllim Azərbaycanın qanunlarını kobud sürətdə pozaraq, vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui-istifadə edərək cinayətə yol verib.


Indi isə cənab ədalətli nazirimiz, bir şəhid atası kimi sizdən xahiş və tələb edirəm ki, bu vəzifə səlahiyyətlərini aşan məmuru dərhal prezidentimizin ağzından çıxan sözlərinə və sərəncamlarına görə işdən azad edəsiniz. Hər halda prezident bəyan edib ki, sahibkarlara mane olan məmurlar cəzalandırılacaq. Bundan başqa sizin işçiniz Samir Vəliyev vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui-istifadə edərək prezidentimizi, nazirimizi və mən sahibkarı aldadaraq demişid ki, müraciətimin baxılıb nəticəsi barədə “məktubu” mənə 15 oktyabr 2015-ci il tarixdə göndərəcək. Halbuki cənab nazir, mən müraciətimi Məmməd müəllimə etmişdim ki, nümayəndələri gəlib Biləsuvardakı 200 baş qoyunlara baxış keçirib monitorinq etsinlər.

Cənab nazir, Məmməd müəllimi, Şirzad Abdullayevi və Samir Vəliyevin əlbir olaraq, öz çirkin maraqları çərçivəsində məni aldadaraq etdikləri qanun pozuntularına görə onları ciddi cəzalandıraraq işdən azad etməyinizi sizdən artıq dərəcədə xahiş edirəm. Çünki onların məndən istədikləri rüşvəti vermədiyim üçün onlar vəzifə səlahiyyətlərini aşıb bacardıqları qədər məni süründürürlər.

Cənab nazir, nəzərinizə çatdırıram ki, Şirzad Abdullayev və Məmməd müəllim il yarımdır ki, mənim Güzdəkdəki standartlara uyğun fermamı boş saxlayıb və 40 baş iribuynuzlu inəyi almağa maneçilik törədirlər. Onlar cənab prezidentimizin göstəriş və tapşırıqlarını utanmadan və qızarmadan kobud şəkildə pozurlar.

Cənab nazir, yaxın müddətdə məni qəbul etməyinizi və bu insanların etdiyi qanunazidd əməllərinə görə işdən qovulmasını sizdən bir şəhid atası kimi xahiş edirəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.