Prezidentə xəyanət: Fitosanitar Nəzarət Xidməti sahibkarlara “qan uddurur”

29-10-2015, 22:49   
Prezidentə xəyanət: Fitosanitar Nəzarət Xidməti sahibkarlara “qan uddurur”
Sahibkarlar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindəki rüşvətxorluq və özbaşınalıqdan əziyyət çəkir. Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov əlavə ödənişlər tələb edirlər.

TİA.AZ-a verilən məlumata görə idxala icazə üçün iş adamlarından açıq şəkildə rüşvət istənilir. Onlara bildirilir ki, şikayət etməyin mənası yoxdur. Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı alver predmetinə çevrilib. Rəsmi rüsum 20 manat olduğu halda sahibkarlardan 160 manat tələb olunur. Əks halda, iş adamı malını ölkəyə idxal edə bilmir. İş adamları bildirirlər ki, hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır. Bir ay ərzində 4 dəfə məhsul idxal edən bu özbaşınalığa görə azı 640 manat verməlidir. Kənd təsərrüfatı naziri Heydər Əsədova çoxsaylı şikayətlər ünvanlanır. Amma heç bir tədbir görülmür.

Bundan əlavə, Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib.
Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir.

Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov 1 vaqon meşə materiallarına görə 80 manat, yəni 80 dəfədən artıq məbləğ alır Sahibkarın bildirdiyinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə 160 manat pul tələb edirlər.
İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər.
Beləcə, Dövlət Xidməti sahibkarları məcbur edir ki, özlərinin müəyyən etdikləri məbləğdə rüşvət ödənilsin. Sertifikatın gecikdirilməsi ilə külli miqdarda ziyan çəkəcəyini anlayan sahibkar isə çıxılmaz vəziyyətdə qalaraq tələb edilən məbləğdə rüşvəti ödəməyə məcbur olur.

Təəssüflər olsun ki, ölkə başçısının bu sahədəki ədalətli siyasətinə, imicinə zərər vuran bu cür məmurlar hələ də var və yüksək postlarda vəzifə tuturlar. Ölkə başçısı cənab İlham Əliyevin məmurlarla keçirdiyi müşavirələrdə ölkədə sahibkarlığın inkişafı üçün tam şəraitin yaradılması, bir pəncərə sisteminin tətbiq edilməsi, sahibkarlara qarşı bütün növ süni maneələrin aradan qaldırılması, məmurların sahibkarlara qarşı bürokratik əngəllərə yol verilməməsi üçün dəfələrlə tapşırıq və xəbərdarlıqlarına görünür adı çəkilən qurumda məhəl qoyan yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.