Ramiz Mehdiyev Barak Obamanı tənqid etdi (VİDEO)

30-10-2015, 01:09   

“Seçkilər ərəfəsində başlanmış anti-Azərbaycan kampaniyası Qərbdə tüğyan edir”.


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbi, xüsusi ilə Amerika Birləşmiş Ştatlarını Azərbaycana qarşı ikili standartda ittiham edib.

Administrasiya rəhbəri Birləşmiş Ştatlar prezidentinin Ukrayna münaqişəsinə yanaşdığı kimi Qarabağ münaqişəsinə həssas yanaşmamaqda qınadı. Amma bu ikili münasibətə məruz qalan təkcə ölkəmiz deyil.

ANS TV-nin məlumatına görə, Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalına ABŞ prezidenti Barak Obama Ukrayna ilə münasibətdə ikili yanaşır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” məqaləsində Qərbin ikili standartlarla siyasət yürütməsini tənqid edib. Şərqi Avropanın və postsovet məkanının bəzi kiçik dövlətlərinin bu siyasətin qurbanına çevrildiyini yazıb:

“ABŞ prezidenti Barak Obama BMT-də çıxışında bugünkü Ukrayna probleminə toxunaraq deyib: “Ölkənin suverenliyinin və ərazi bütövlüyünün hiddətləndirici şəkildə pozulduğu bir vaxtda biz kənarda qala bilmərik”. Bu hadisələr cənab Barak Obamanı hiddətləndirir. Amma 20 ildən artıq müddətdə Ermənistan tərəfindən bizim torpaqların işğal edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması nədənsə ABŞ prezidentini özündən çıxarmır. Bu cür münasibət nə dərəcədə ədalətlidir?”.

Akademik, seçkilər ərəfəsində Qərbdə anti-Azərbaycan kampaniyasının tüğyan etdiyini vurğulayıb. Kampaniya həm ATƏT, həm də Avropa Şurası tərəfindən həyata keçirilir:

“2014-cü ildə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın xahişi ilə insan haqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edildi. Lakin 2015-ci ilin oktyabr ayında Torbyorn Yaqland Azərbaycanla insan haqları üzrə birgə işçi qrupunun fəaliyyətində iştirakını dayandırdığını bəyan etdi. Və bu, “Qərb demokratiyasını təbliğ edənlər” tərəfindən daha bir düşmənçilik hərəkəti oldu. İşçi qrupu hələ 2005-ci ildə yaradılıb, lakin 2008-ci ildə öz fəaliyyətini dayandırıb. Hərçənd, bu dövr ərzində 150 nəfər həbsdən azad edilib”.

Akademikin fikrincə, bu fakt özlüyündə işçi qrupunun fəaliyyətinin səmərəli olmasına dəlalət edir.

Ramiz Mehdiyev vurğulayıb ki, bu gün ölkədəki bəzi dırnaqarası “jurnalistlər” və “fəallar” Qərb qüvvələri tərəfindən dəstəklənmələri sayəsində özlərini “azadlıq uğrunda mübarizlər” kimi qələmə verirlər. Hərçənd onlardan bəzilərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə tamamilə ziddir.

Prezident Administrasiyasının rəsmisi bəzi “5-ci kalon” nümayəndələrinin Qərb tərəfindən hüquq müdafiəçisi kimi qələmə verilməsini tənqid edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.