“MTN işi” tikinti maqnatı Rizvan Vəliyev də bitirir?

2-11-2015, 11:14   
“MTN işi” tikinti maqnatı Rizvan Vəliyev də bitirir?

Redaksiyamıza MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində ilginc faktlar daxil olub.

Hazırda R.Vəliyev Alternativ və Bərpa Olunan Enerjı Mənbələri üzrə Dövlət Agentliyinin nəzdində olan “Azalternativenerji” MMC-nin direktor vəzifəsindədir. Həmin Agentliyə isə onun dayısı Akim Bədəlov rəhbərlik edir. R.Vəliyev dayısı A.Bədəlovla yüksək himayədarları sahəsində uzun illərdir Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçirməkdədirlər. Tikinti şirkətinin adı “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Mərkəzin tikdiyi obyektlər sırasında Zaqatala şəhər stadionu, Globus Plaza, City Developer MMC-nın obyektləri, Ali Məhkəmənin binası və bir çox digər obyekt və yaşayış binalarıdır.

“Xəzər” Mərkəzinin yaranması və saxtakarlıq yolu ilə qanuni sahiblərindən alındığı barədə bir daha məlumat vermək istəyirik.

“Xəzər” Mərkəzini 1989-cu ildə Binəqədi (o vaxt Kirov) rayonu Komsomol komitəsi nəzdində mərhum akademik Tofiq İsmayılov yaradıb. T.İsmayılovun rəhbərlik etdiyi Kosmik Tədqiqatlar EİB-də elmi işçi vəzifəsində işləyən A.Bədəlov Mərkəzə icraçı direktor seçilib. Mərkəzin gəliri bütünlüklə Kosmik Tədqiqatlar EİB-nin sifarişləri və ödəmələri hesabına formalaşıb. Həmçinin T.İsmayılovun rəhbərliyi ilə Mərkəzdə alternativ energetika, o cümlədən günəş panelləri, üzrə elmi və eksperimental layihələr həyata keçirilirdi.

1991-ci ildə “Xəzər” Mərkəzi Komsomol komitəsinin nəzdindən çixaraq kollektiv mülkiyyət formasında yenidən təşkil edilmişdir və Mərkəzin əsas payçisi akademik T.İsmayılovun qızı Səbinə İsmayılova olub. A.Bədəlov Mərkəzə yenidən icraçı direktor seçilib. Erməni terrorunun qurbanı olan T.İsmayılovun faciəvi ölümündən sonra “Xəzər”in tikili və torpaq sahəsi,çox qiymətli avadanlıqları, hesabında külli miqdarda vəsaitləri olub.

Ona olan etibardan istifadə edərək bu müddət ərzində A.Bədəlov ailəyə müəyyən ödənişlər edirdi lakin 2013-cü ildə Agentliyə sədr vəzifəsinə təyin ediləndən sonra öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıb. Bundan sonra mərhum akademikin ailəsi vəkillər vasitəsi ilə Dövlət arxivlərindən “Xəzər”in sənədlərini qaldıraraq müəssisənin saxtakarlıq yolu ilə mənimsənilməsini aşkar ediblər. Saxta sənədlərlə “Xəzər” Akim Bədəlov, Rizvan Vəliyev və digər qohumlarının təsisçiliyinə keçib.

Mərhum akademikin ailəsi 2014-cü ildə məhkəməyə müraciət edib. Lakin bütün məhkəmə instansiyaları cinayət və saxtakarlıq faktlarına göz yumaraq ailənin əleyhinə qərar çıxarıb. Cinayət və saxtakarlıqların ört-basdır edilməsində A.Bədəlova onun qudası Ali Məhkəmənin sədri Ramiz Rzayev dəstək olub.(istiqlal.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.