Hüquqşünas diplomu Süleyman Mikayılova neçəyə başa gəlib?

6-11-2015, 02:29   
Hüquqşünas diplomu Süleyman Mikayılova neçəyə başa gəlib?
Və ya Qaradağın icra başçısı Dağıstan Universitetindən BDU-ya kimin sayəsində «perevod» alıb?

Azərbaycandan xaricdə oxuyanların bir sıra problemləri var və onlar ölkəyə döndükdən sonra Təhsil Nazirliyi ilə üz-üzə qalmalı olurlar. Buna səbəb isə təhsil aldıqları universitetin verdiyi diplomların nazirlik tərəfindən tanınmamasıdır.

JAM.AZ xəbər verir ki, diplomun tanınmaması problemini yaşayanlar əsasən o şəxslər hesab olunur ki, onlar dövlət xətti ilə təhsil almaq üçün xaricə getməyiblər. Yəni, şəxsi imkanları hesabına bu təhsillərini gerçəkləşdiriblər. Və ya Azərbaycan Təhsil Nazirliyinin əlaqəsi olmadığı universitetlərdə oxuyublar.

Amma belə hallar yalnız kasıb balaları üçün nəzərdə tutulub. İmkanlı şəxslərin belə bir dərdi yoxdur. Elə ona görədir ki, deputatlardan birinin yaratdığı bir otaqlı universitetdə 7000 nəfər «təhsil» alaraq, «diplom» sahibi olublar. Bu barədə bir qədər sonra…

JAM.AZ xəbər verir ki, Qaradağın icra başçısı Süleyman Mikayılov da diplom «problemi» yaşamış icra başçılarındandır. Belə ki, tərcümeyi-halında 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyi yazılsa da, burada bir qədər şübhəli məqamlar var.

Dəqiqləşdirmələrimizə görə, Qaradağın icra başçısı Mikayıl Süleymanov əslində BDU-nun diplomunu alıb, amma oxuduğu universitet isə Dağıstan Universiteti olub. Orada hüquqşünas təhsili «alan» icra başçısı deputatlardan birinin sayəsində BDU-nun diplomunu ələ keçirə bilib.

JAM.AZ-a verilən məlumata görə, Mikayılov Dağıstandakı «universitetə» daxil olaraq, bircə dəfə də olsun dərsə getməyib. Bir müddət sonra isə deputat Bəxtiyar Əliyevin əliylə oradan BDU-ya «perevod» alıb. Bu «perevod»un və diplomun Mikayılova həddindən artıq baha başa gəldiyi də verilən məlumatlar sırasındadır. Bəzi bilgilərə görə, icra başçısı bu niyyətinə çatmaq üçün toplam 100 min manat pul xərcləyib. Amma rəqəmin daha böyük olacağı barədə də deyimlər var.

Qeyd edək ki, Bəxtiyar Əliyev bir neçə gün əvvəl keçirilmiş seçkilərdə ynidən deputat seçilib. BDU-nun müəllimi olan deputatın uzun illərdir «saxta diplom» məsələsində əli olduğuna dair iddialar var. Hələ bir qədər əvvəl bununla bağlı geniş məlumat yayılmışdı və bildirilmişdi ki, onun yaratdığı və bir otaağa sığdırdığı «ali məktəb»i oxuyanların sayı 7 minə yaxındır və onların hamısı aldıqları diplomla müxtəlif vəzifələrdə çalışırlar.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.