Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov erası sona yaxınlaşır. Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, artıq komitə sədrinin fəaliyyətinin təftişinə “ən yüksək səviyyədə” qərar verilib: “Eldar Mahmudov və Əli Abbasovun ardınca vəzifəsini itirəcək növbəti şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, ölkə mətbuatının illər uzunudur ki, sərt şəkildə tənqid etdiyi, adı ən müxtəlif qalmaqal və qanunsuzluqlarda hallanan Kərəm Həsənovdur. İsmi E.Mahmudovla birlikdə bir çox layihələrin reallaşmasında hallanan və sabiq MTN rəhbəri ilə şərikli biznesə malik olan K.Həsənovun çoxillik fəaliyyətinin təftişinə qərar verilib ki, aparılacaq yoxlamaların “MTN işi”ndən heç də az sensassiya doğuracağı istisna edilmir”.
Mənbənin sözlərinə görə, K.Həsənovun min hektarlarla torpaq sahəsinin satışı zamanı ciddi qanunsuzluqlara yol verdiyi, yeni alqı-satqıların bir çoxunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun çalışdığı dönəmə sənədləşdirdiyi ilə bağlı ciddi şübhələr mövcuddur: “Komitə sədrinin dəyəri milyardlarla hesablanan torpaq sahələrinin alqı-satqısını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov dönəminə sənədləşdirdiyi, bununla da bu torpaqlarla bağlı məsuliyyətdən yaxa qurtarmağa çalışdığı ilə bağlı əlaqədar qurumların əlində ciddi informasiyalar mövcuddur. Hansı ki, bu informasiyaların həqiqiliyini sübut etmək üçün komitənin arxivində müəyyən təftiş aparmaq kifayətdir. K.Həsənovun rəhbərlik etdiyi dövlət qurumunda aparılacaq təftiş zamanı bu amilə xüsusi diqqət yetiriməsi nəzərdə tutulub. Komitə sədrinin sabiq MTN rəhbəri Eldar Mahmudovla birlikdə həyata keçirdiyi birgə layihələlər və bu layihələr zamanı yol verilən qanunsuzluqların da ciddi şəkildə araşdırılması nəzərədə tutulub. Bu isə o deməkdir ki, komitə sədri sadəcə vəzifəsini deyil, azadlığını da itirə bilər”.