Bəhruz Bayramov: «Hüseyn və Rzanın adının həm Nicat Quliyevin, həm Pərviz Həşimlinin, həm də Mətləb Mustafayevin işində hallanması ittihamların absurd olduğunu təsdiqləyir»
Xəbər verdiyimiz kimi “MTN işi” iləÿbağlı yeni məlumatlar bəlli olub. Məlumatlarda bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qurduğu şəbəkənin üzvü olub.
Faiq Qəniyev 1998-ci ildən 2013-cü iləÿqədər Milli Təhlükəsizlik Nazirliyindəÿ (MTN) işləyib. O,ÿəvvəlcəÿ MTN-nin Istintaq Idarəsindəÿmüstəntiq, daha sonra mühüm işlər üzrə ÿbaş müstəntiq, daha sonra isəÿşöbəÿrəisinin müavini olub. Iddialara görə, Faiq Qəniyev MTN-də ÿişləyərkən sahibkarların soyulması əməliyyatlarında fəal iştirak edib. Faiq Qəniyev hakim olanda da bu şəbəkənin sifarişlərini icra edib. “MTN işi” iləÿbağlı daxil olan məlumatlarda o da bildirilir ki, Eldar Mahmudovun komandası sifarişli həbslər həyata keçirərkən vəÿ hədəfdə ÿolan obyekt narkotik maddə, yaxud silahla şərlənərkən məlum olur ki, narkotikin və ÿya silahın sahibləri naməlum Hüseyn və ÿRza adlı Iran vətəndaşlarıdır. “Bizim Yol” qəzetinin ÿəməkdaşı Pərviz Həşimlinin vəÿ keçmiş nazir Nicat Quliyevin işlərində də ÿbu adamların adı keçir. Bundan başqa intihar edən MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev də həbs olunarkən cinayət işində ÿbu adamların adlarına rast gəlinir.
Hər üç işdə narkotik vəÿ silahın sahibləri naməlum Hüseyn vəÿ Rza adllarının keçməsi müəyyən suallar doğurur. Üç ayrı işdə necə eyni adamdan istifadə oluna bilər. Elə bu məqam MTN-in nəzarətində olan bu işlərin qondarma olmasını təsdiq etmirmi?
Məsələ ilə bağlı mövqeyini öyrəndimiz P.Həşimlinin vəkili Bəhruz Bayramov bildirdi ki, bu məqamlarla bağlı dəfələrlə vəsatət qaldırılıb. Amma onların heç biri təmin edilməyib: “Guya Pərviz Həşimli MTN-in öz adamı olan Təvəkkül Qurbanova pul verib həmin silahları gətizdirib. Amma Pərviz Həşimli həds olunan günə qədər bu adama zəng vurmur. Ancaq Təvəkkül Qurbanov ona zəng vurur. Həmin o Rza adlı şəxsin Təvəkkülə zəng vurması barədə guya sübut var. Bütün bunlar absurddur. Belə görünür ki, istər Təvəkkül Qurbanov, istərsə də adının Rza olduğu şəxs də MTN-in öz adamları olub. Hər üç işdə eyni adamların adının hallanması təsadüfi deyil. Bu bir daha irəli sürülən ittihamların absurd olduğunu təsdiqləyir”.
Hikmət