Akif Əsgərov da həbs ediləcək?

18-11-2015, 11:30   
Akif Əsgərov da həbs ediləcək?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bir sıra vəzifəli şəxslərindən sonra dünən “Aztelekom” rəhbəri Məhəmməd Məmmədov da həbs edildi. Bu həbslər belə görünür ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovdan da yan keçməyəcək. Vidadi Zeynalovla yaxın dostluğu sayəsində Akif Əsgərovun oğlu bu gün MTN-nin hərbi hissəsində hərbi xidmət keçir. Artıq məlumdur ki, Vidadi Zeynalov Eldar Mahmudovun əlaltılarından biri olub və onun sayəsində vəzifə pillələrində yüksəlib. MTN-nin hərbi hissəsinin keçmiş komandiri Vüqar Allahquliyev isə Eldar Mahmudovun yaxın qohumu idi. Onun atası Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Belə məlum olur ki, A. Əsgərov da Eldar Mahmudovun yaxın adamlarından və onun tapşırıqlarının icraçılarından birir olub və gec-tez qanun qarşısında cavab verəcək.

Sumqayıt Telekomnukasiya Qovşağında ciddi yoxlamalar başlayıb. Məlumatda bildirilir ki, bu Qovşaqda ciddi yeyinti faklarının olması barədə mətbuat dəfələrlə yazıb. Lakin yazılanlardan qətiyyən narahat olmayan A.Əsgərov öz əməlini davam etdirib.

İndi isə bəlli olur ki, onun öz əməlini davam etdirməsinin səbəbləri var imiş. Çünki, digərləri kimi o da Eldar Mahmudov-Akif Çovdarov qruplaşmasının sıralarında yer alırmış.

Məlumatda qeyd olunur ki, özünü xəstəliyə vuran Qovşağının rəisi Akif Əsgərov işə çıxmır. İlkin araşdırmalar zamanı ciddi yeyinti faktları ortaya çıxıb. Hətta bəlli olub ki, Eldar Mahmudov komandası da Sumqayıtdakı biznesmenləri Akif Əsgərovun sayəsində dinləyirmiş. Akif Çovdarova yaxınlığı ilə tanınan Akif Əsgərovun Sumqayıtda ciddi bines şəbəkəsinə malik oldugunu bildiilir. Onun hətta Bakıda da biznesi var. A.Əsgərovun yaxın saatlarda həbs olunmasının qaçılmaz olduğunu bildirir.

Dəqiq təfərrüatlar barədə yaxın saatlarda…

Qeyd edək ki, mətbuatda Akif Əsgərovun əməlləri barədə çox yazılıb. Son vaxtlarda yayılan məlumata görə, Akif Əsgərov və müavini Azər Əliyev ailə podratı yaradıblar. Məlumata görə, Akif Əsgərov qardaşı oğlu Nurlan Əsgərovu Sumqayıt TKQ-nin marketinq şöbəsinə müdiridir və xeyli müddətdir həmin vəzifədə çalışır.Əsgərovun müavini Azər Əliyev isə TKQ-nin abunə şöbəsinə öz qardaşını rəis gətirərək, onu işlə təmin edib. Vahid Əliyevin bu posta təyinat almasından əlavə, işə götürülən sürücülər də elə Əsgərovla Əliyevin yaxın qohumlarından ibarətdir. Ancaq A.Əsgərovun qanunsuz əməlləri yalnız bununla məhdudlaşmır. Onun fəaliyyətində ciddi korrupsiya elementləri var. Belə ki, ötən illər ərzində Sumqayıt şəhərində ayrı-ayrı müəssisə və təşkilatlara ümumilikdə 40 min metrə yaxın fiber optik internet kabeli çəkilib. Lakin bu yenilənmə işi korrupsiyasız ötüşməyib. Belə ki, iddaya əsasən Sumqayıt Telekommnuikasiya Qovşağının rəisi Akif Əsgərov kabelin qiymətlərini şişirdərək külli miqdarda dövlət vəsaiti mənimsəyib. Məlumatlı mənbəninin bildirdiyinə görə faktiki olaraq fiber optik internet kabellərin çəkilməsi üçün 1 manat vəsait xərclənsə də, Akif Əsgərov sənədlərdə hər bir metr fiber optik internet kabeliin çəkilməsi üçün 3 manat sərf olunuduğunu göstərib. Mənbəninin iddasına görə dəyişdirilən və yeni çəkilən fiber optik kabellərin ümumi uzunluğu 150 min metrdən çoxdur. Bu isə belə anlama gəlir ki, təkcə 2013-cü ildə kabel dəyişdirilməsi və çəkilişi əməliyyatından Akif Əsgərov 300 min manatdan çox vəsait mənimsəyib. Həmçinin məlumatda o da vurğulanır ki, Akif Əsgərov xəttlərin uzunluğu ilə bağlı sənədlərdə saxtakarlığa yol verib. Yəni bir çox dövlət və özəl müəsissələrə çəkilən fiber optik internet xətlərinin uzunluğu sənədlərdə göstərildiyindən bir neçə dəfə qısadır. Lakin Akif Əsgərov həmin xətlərini məsafə uzunluğunu artırmaqla dövlət vəsaitini mənimsəyib. Bundan başqa Akif Əsgərovun adamları özəl təşkilatlara, şirkətlərə çəkilən fiber optik internet xətlərinin çəkilməsi üçün qovşaq rəisinin adından müəyyən «haqq» alırlar və bu «haqqın» üçdə iki hissəsinin də məhz Akif Əsgərova çatdığı bildirilir. Sumqayıt Telekommnuikasiya Qovşağının rəisinin başqa bir maxinasiyasının isə Sumqayıt şəhərinin müxtəlif yerləriədəki ATS- lərin aftomatlaşdırılması, telefon şkaflarının dəyişdirilməsi əməliyyatları olduğu bildirilir. Bu əməliyyatlarda da Akif Əsgərov dövlət büdcəsindən ayrılan vəsaitləri birbaşa öz cibinə axıtdığı qeyd olunur. Məlumatda həmçinin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovlun dövlətdən oğurladığı milyonlarla manat vəsaitlər hesabına yaratdığı biznes şəbəkəsi ilə bağlı verdiyi məlumatlar da yer alır.
Satılan dövlət əmlakları və Ukrayna biznesi
ATS-lərin elektronlaşması prosendə köhnə avadanıqların sökülməsi prosesinə Akif Əsgərov şəxsən nəzarət edib. Bu prosesdə külli-miqdarda dövlət əmlakı mənimsənilib. Mənbənin sözlərinə görə ATS-lərdə olan avadanlıqlarda qızıl və misin cox olması Akif Əsgərovun şirnikləndirib. Akif Əsgərov vaxtı keçməmiş və istifadəyə yararlı avadanlıqları köhnə adı ilə silib. Bundan sonra bu avadanlıqlar Bakı şəhər sakini olan iş adamına satılıb. Mənbənin sözlərinə görə, bu avadanıqarın satışından Akif Əsgərov təxminən 3 milyon AZN pul qazanıb. Akif Əsgərovun dövlət əmlakını talaması bununla bitmir. Sumqayıt Telekomunikasiya Qovşağı tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Məhz Akif Əsgərov bu özünümaliyyələşdirmə prinsipindən yararlanaraq il ərzində Telekomunikasiya Qovşağının hesabına yüzminlərlə manat vəsait qazanır. Belə ki, il ərzində qovşağa Rabitə Nazirliyi tərəfindən yüz min metrlərlə kabellər, minlərlə telefon, internet cihazları, aparatlar və başqa avadanlıqlar verilir. Amma adı çəkilən avadanlıqların bir çoxu qovşaq rəisi tərəfindən gizli olaraq satışa çıxarılır və müxtəlif dükanlarda həmçinin Qovşağın xidmət sahəsində çalışan işçiləri tərəfindən satılır.
Qeyd olunur ki, keçmiş və indiki vəzifələrindəhər il külli miqadarda qazanc əldə edən qovşaq rəisi özünə böyük biznes yaratmağada nail olub. Amma Sumqayıt şəhərində bir neçə kiçik obyektlə gözə kül üfürən qovşaq rəisinin əsas biznesi Ukrayna dövlətindədir. Bildirilir ki, Ukraynada fəaliyyət göstərən Azərbaycan Diasporasının rəhbərliyində Akif Əsgərovun yaxın qohumlarından biri çalışır. Qovşaq rəisi diaspora rəhbərlərindən birinin vasitəsi ilə bu ölkədə özünə biznes şəbəkəsi qurduğu bildirilir./yenilik.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.