Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov haqda yeni məlumatlar yayılıb.
Məlumatda deyilir ki, TKQ rəisinin dövlətin internet provayderi olan "Aztelekom.Net” ə məxsus genişzolaqlı internet xidmətinə (ADSL) qoşulmaq istəyən abunəçilərin sayının azalmasında xüsusi rolu var.
Belə ki, Sumqayıt TKQ rəhbərinin marağı özünün 10% şərik olduğu özəl olaraq yaradılan "Qlobal Network” MMC internet provayderinədir. Bu şirkətdə payı olan şəxslərdən Məhəmməd Məmmədov, Zahir Vəliyev və Mehman Həsənovun da adı var.
Mənbə bildirir ki, "Qlobal Network” internet provayderinin 2012-ci ildə Sumqayıt ATS – lərində avadanlıqları quraşdırılsa da, heç bir halda reklamı olmayan və heç kimin tanımadığı provayder kimi fəaliyyət göstərib.
2014-cü ilə qədər bu provayderə Sumqayıtda təxminən 150-200 -ə yaxın abunəçi cəlb olunub. Məhz Sumqayıt TKQ-nin rəisi 2014-cü ildən bu şirkətin 10%-nə şərik olduqdan sonra bu provayderdə dirçəliş baş verdi.
Belə ki, şərik olmasının hələ 1 ili tamam olmayan internet provayderinin hazırda Sumqayıt şəhərində artıq 1000-dən çox abunəçiyə sahib olması heç kimə sirr deyil.
Sumqayıtda dövlətə məxsus "Aztelekom.Net genişzolaqlı internet xidməti (ADSL) də fəaliyyət göstərir.
Bu provayderin xidmətindən istifadə etmək istəyən yüzlərlə insanlar Sumqayıt TKQ-nin idarəsindəki abunə şöbəsinə daha dəqiqi desək internet şöbəsinə müraciət etdikləri halda özləri də bilmədən Sumqayıt TKQ rəisinin şərik olduğu "Qlobal Network” MMC –yə abunə olunurlar.
Dövlət provayderinə rəqib olmaqla yanaşı dövlətə məxsus olan idarədə məhz Sumqayıt TKQ-nin işçisi tərəfindən "Qlobal Network” MMC internet provayderinə abunəçilərin cəlb olunması nəticəsində bu provayderdə çoxlu sayda istifadəçi artımı baş verib. Belə olduqda yeni yaradılan MMC- nin balansına külli miqdarda vəsaitin daxil olmasına şərait yaradılıb.
Nəticədə isə dövlət provayderinə hər gün ciddi ziyan dəyir, dövlət provayderinə qoşulmaq istəyən abunəçilərin sayı azalır.
Qovşağın xəzinəsinə internetdən daxil olan vəsaitin də miqdarı azalır, işçilərin maaşında gecikmələr çoxalır və s. Yaranan bu kimi nöqsanlara isə dövlət tərəfindən təyin olunan və dövlətin idarəsində rəhbər vəzifə tutan Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov bilərəkdən şərait yaradır.
Sumqayıt Mәrkәzi poçtunda hәrgün "Qlobal Network" MMC provayderinә yeni qoşulmalar verilir.(tia.az)