Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov və RİTN bəzi yüksəkvəzifəli əməkdaşları haqqında son günlər mətbuatda xeyli yazılar yazılır. Təbii ki, onların hansının düz, hansının səhv olduğunu ilk baxışdan müəyyən etmək olmur. Ona görə də elektron poçtumuza daxil olan məlumatları qarşı tərəfin mövqeyini öyrəndikdən sonra dərc edirik. Dünən elektron poçtumuza Sumqayıt Telefon Qovşağının rəisi ilə bağlı Samir adlı şəxs tərəfindən məktub göndərilib.
Həmin məktubda bildirilirdi ki, "Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov dövlətin internet provayderi olan "Aztelekom.Net” ə məxsus genişzolaqlı internet xidmətinə (ADSL) qoşulmaq istəyən abunəçilərin sayının azalmasında xüsusi rolu var. Beləki, Sumqayıt TKQ rəhbərinin marağı özünün 10% şərik olduğu özəl olaraq yaradılan "Qlobal Network” MMC internet provayderinədir. Nəzərinizə çatdırım ki, bu şirkətdə payı olan şəxslərdən Məhəmməd Məmmədovun da adı var. "Qlobal Network” internet provayderinin 2012-ci ildə Sumqayıt ATS – lərində avadanlıqları quraşdırılsa da, heç bir halda reklamı olmayan və heç kimin tanımadığı provayder kimi fəaliyyət göstərmişdir. 2014-cü ilə qədər bu provayderə Sumqayıt şəhərində təxminən 150-200 -ə yaxın abunəçi cəlb olunmuşdur. Məhz Sumqayıt TKQ-nin rəisi 2014-cü ildən bu şirkətin 10%-nə şərik olduqdan sonra bu provayderdə dirçəliş baş verdi. Beləki, şərik olmasının hələ 1 ili tamam olmayan internet provayderinin hal-hazırda Sumqayıt şəhərində artıq 1000-dən çox abunəçiyə sahib olması heç kimə sirr deyil.
Məlumunuz olsun ki, Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov dövlətin internet provayderi olan "Aztelekom.Net” ə məxsus genişzolaqlı internet xidmətinə (ADSL) qoşulmaq istəyən abunəçilərin sayının azalmasında xüsusi rolu var. Beləki, Sumqayıt TKQ rəhbərinin marağı özünün 10% şərik olduğu özəl olaraq yaradılan "Qlobal Network” MMC internet provayderinədir. Nəzərinizə çatdırım ki, bu şirkətdə payı olan şəxslərdən Məhəmməd Məmmədov, Zahir Vəliyev və Mehman Həsənovun da adı var. "Qlobal Network” internet provayderinin 2012-ci ildə Sumqayıt ATS – lərində avadanlıqları quraşdırılsa da, heç bir halda reklamı olmayan və heç kimin tanımadığı provayder kimi fəaliyyət göstərmişdir. 2014-cü ilə qədər bu provayderə Sumqayıt şəhərində təxminən 150-200 -ə yaxın abunəçi cəlb olunmuşdur. Məhz Sumqayıt TKQ-nin rəisi 2014-cü ildən bu şirkətin 10%-nə şərik olduqdan sonra bu provayderdə dirçəliş baş verdi. Beləki, şərik olmasının hələ 1 ili tamam olmayan internet provayderinin hal-hazırda Sumqayıt şəhərində artıq 1000-dən çox abunəçiyə sahib olması heç kimə sirr deyil.
Sumqayıt şəhərində dövlətə məxsus olan "Aztelekom.Net genişzolaqlı internet xidməti (ADSL) də fəaliyyət göstərir. Bu provayderin xidmətindən istifadə etmək istəyən yuzlərlə insanlar Sumqayıt TKQ-nin idarəsindəki abunə şöbəsinə daha dəqiqi desək internet şöbəsinə müraciət etdikləri halda özləri də bilmədən Sumqayıt TKQ rəisinin şərik olduğu "Qlobal Network” MMC –yə abunə olunurlar. Dövlət provayderinə rəqib olmaqla yanaşı dövlətə məxsus olan idarədə məhz Sumqayıt TKQ-nin işçisi tərəfindən "Qlobal Network” MMC internet provayderinə abunəçilərin cəlb olunması nəticəsində bu provayderdə çoxlu sayda istifadəçi artımı baş vermişdir. Belə olduqda yeni yaradılan MMC – nin balansına külli miqdarda vəsaitin daxil olmasına şərait yaradılmışdır. Nəticədə isə, dövlət provayderinə hər gün ciddi ziyan dəyir, dövlət provayderinə qoşulmaq istəyən abunəçilərin sayı azalır, Qovşağın xəzinəsinə internetdən daxil olan vəsaitin də miqdarı azalır, işçilərin maaşında gecikmələr çoxalır və s. Yaranan bu kimi nöqsanlara isə, dövlət tərəfindən təyin olunan və dövlətin idarəsində rəhbər vəzifə tutan Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov bilərəkdən şərait yaradır. P.S; Sumqayıt Mәrkәzi poçtunda hәrgün "Qlobal Network” MMC provayderinә yeni qoşulmalar verilir. Yoxlamaq üçün yaxınlaşıb Qlobal Network provayderinә qoşulmaq adıyla yoxlaya bilәrsiz.”
Bu məlumata Sumqayıt Telefon Qovşağının mövqeyini öyrəndik. Sumqayıt TKQ ümumiyyətlə son günlər Akif Əsgərov haqqında mətbuatda yayılanlara münasibət bildirib. Yenilik.Az-ın elektron poçtuna daxil olan məktubda deyilir: "Sumqayıt Telekommunikasiya Qovşağı məlumat üçün bildirir ki, qovşağın rəisi A.Əsgərov haqqında bəzi KİV-lərdə yazılan və yayılan məlumatlar həqiqəti əks etdirmir. A.Əsgərov hal-hazırda iş yerindədir. Müəssisədə normal iş ahəngi davam edir və heç bir qurum tərəfindən yoxlama aparılmır. A.Əsgərovun "Qlobal Network” MMC və ya digər internet provayderləri ilə heç bir ortaqlıq əlaqələri yoxdur.
Xahiş edirik qeyd olunanları nəzərə alasınız.”
- See more at: http://xalqxeber.az/cemiyyet/29490-sumqayit-telekommunikasiya-qovshaginda-ne-bash-verir-achqlama.html#sthash.XIAfKRvF.dpuf