O, vaxtilə Bakı BPİ-nin narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili işləyib
Bu gün Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rayonda “vuran əli” olan Azər Məmmədov yenə də köhnə vərdişindən əl çəkə bilmir “Qorotdel” qaydası ilə hərəkət edir. Söhbət vaxtilə Bakı BPİ-nin narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Azər Məmmədovdan gedir. Məlumat üçün bildirək ki, Azər Məmmədov vaxtilə öz iş yerindən canını götürüb qaçıb.. Oxucu üçün maraqlı olar ki, niyə..? Deməli, Azər Məmmədovla bir şöbədə çalışan polis mayoru Vaqif Bayramovun seyfindən külli miqdarda narkotik çıxır və həmin narkotiki otaqdan çıxartmağı Vaqif Bayramov bir iş yoldaşı kimi Azər Məmmədovdan xahiş edir. Və Azər Məmmədov narkotiki çıxartmaq istəyəndə yolda Bakı BPİ-nin o vaxtkı rəisi Məhərrəm Əliyevlə üz-üzə gəlir.Həmin anın şahidlərinin dediyinə görə Məhərrəm Əliyevlə Azər Məmmədovun arasında nə baş verirsə, həmin gündən Azər Məmmədov “Qorotdel”dən qaçaq düşür. Və sonradan Binəqədi rayon icra hakimiyyətində lövbər salır. Və… Onu da qeyd edək ki, Azər Məmmədov Bakı BPİ-də çalışanda kimisə narkotiklə tutub idarəyə gətirəndə, öz xidməti otağında həmin şəxsə protokol tərtib edib üstünə baxış keçirməli olurdu.Qafqaznews.az-a verilən məlumata görə həmin protokola hal şahidi kimi isə kimlərisə qeyd edirdi ki, guya onların iştirakı ilə tutulanın üstündən narkotik çıxıb və onların iştirakı ilə həmin şəxsə protokol tərtib olunub. Yəni mexanizm belə idi. Söhbət Bakı BPİ-nin əməkdaşlarından getmir, hal şahidlərindən gedir. Həmin hal şahidlərini Azər Məmmədov sonradan Binəqədiyə “transfer” elədi. Bu gün Binəqədi rayonu ərazisində kim öz həyətində daşı-daşın üstünə qoymaq istəyirsə, həmin keçmiş “hal şahidləri” tikinti sahiblərindən pul tələb edir. Bir sözlə, Azər Məmmədov öz üzdəniraq “komanda”sını Xaləddin İsgəndərov üçün istifadə edir. Qafqaznews.az bildirir ki, şikayətçilərin dediyinə görə, bu yaxınlarda sakinlərdən pul tələb edən keçmiş “hal şahidləri”ndən biri , deyəsən “hallı” imiş. Şikayətçilər deyir ki, o bizdən pul tələb edəndə özündə deyildi. Araşdırmamız davam edir, bizi izləyin.
Anar Asimoğlu
Qafqaznews.az