Komitə sədrinin deputat qardaşının işçiləri həbs edildi
Vergilər Nazirliyi deputat Malik Həsənovun şirkətinin əməkdaşlarını həbs edib.
Məlumata görə, Vergilər Nazirliyinin əməkdaşları Malik Həsənova məxsus “Azinko” tikinti şirkətində yoxlama aparıblar.
Yoxlamalar zamanı şirkətin fəaliyyətində vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması halları aşkarlanıb və şirkətin bir neçə işçisi həbs edilib.
Virtualaz.org saytı Vergilər Nazirliyinin apardığı yoxlamaların təfərrüatları barədə daha sonra müfəssəl məlumat verəcək.
Xatırladaq ki, 44 yaşlı Malik Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kiçik qardaşıdır.
(virtualaz.org)