- Eldar müəllim, Prezident Adminstrasiyasının rəhbəri R.Mehdiyev barədə qələmə aldığınız siyasi hekayətin geniş əks- səda doğurduğu birmənalıdı. Sərt təpkilər də var yəqin, bugünkü yazıdan məlumatlısınızmı?
-Xeyr bilmirdim. Mənə dedilər, sonra o sayta baxdım,mən buradan dövlət hakimiyyətinə səslənirəm, bu cür fikir müxtəlifliyi olmaz. Mən R. Mehdiyevlə bağlı hekayətimdə onu bir kəlmə də olsun təhqir etməmişəm. Bu "akademik" dövlət məmurunun siyasi fəaliyyətindəki şəxsi maraqlarını faktaloji əsaslarla xalqın diqqətinə çatdırmışam. Məni təhqir edən saytla R. Mehdiyevin eyni düşüncə sahibi olduğuna əmin oldum. Sözün əxlaqın tükəndiyi yerdə belə şeylər olur. Ancaq istəyərdim ki, həmin yazını R. Mehdiyevin səlahiyyətində olan "Yeni Müsavat"da cap elətdirsin. Təhqir etməklə elə bilirlər cavab verirlər. Əgər düşünurlərsə, insanlıq adına şərəfsizlikdi, o cocuqlarla mənim işim yoxdu, hətta sizin istəkli YAP-çınızla da. Mehdiyev sizin gözünüzdə böyük görünsün