Cavid Qurbanovun qəbuluna əli çantalı gedib boş qayıdan məmur

25-11-2015, 12:43   
Cavid Qurbanovun qəbuluna əli çantalı gedib boş qayıdan məmur
DMHİRK sədri Fəzail Bağrov idarə rəisi ilə anlaşama bilmədiyindən Səttar Mehbalıyevə minnətçi düşüb
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində daha bir kadr dəyişikliyi gözlənilir. Buna səbəb idarənin yeni rəisi Cavid Qurbanovun artıq yeni komanda ilə işləmək niyyətində olmasıdır. Verilən məlumata görə, işdən çıxarılacaq kadrlardan biri də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİRK) sədri Fəzail Bağırovdur. Məlumatda deyilir ki, keçmiş rəis Arif Əsgərovla çox yaxşı münasibətdə olan Bağırov, onun sayəsində bir sıra iri işlər görərək, ciddi məbləğlərdə qazanclar əldə edib. Mənbə bildirir ki, təkcə «Lokomotiv» İstirahət Mərkəzinin sayəsində əldə olunan gəlirlər Bağırova iki villa qazandırıb. Bu məsələ ayrı araşdırma mövzusu olduğundan onunla bağlı yazını növbəti günlərdə oxuculara təqdim edəcəyik.
Arif Əsgərovdan sonra Cavid Qurbanovla da eyni prinsiplərlə işləmək arzusunda olan DMHİRK rəisi indiyə qədər niyyətinə çata bilməyib. O, ehtiyat edir ki, Cavid Qurbanov təkcə işdən çıxarılmaqla kifayətlənməz, həmçinin onun işlərini yoxlatdırmağa da qərar verər. Belə olarsa, proses Bağırov üçün işdən çıxarılma ilə yekunlaşmaya da bilər. Mənbə vurğulayır ki, Fəzail Bağırov işini bəribaşdan ehtiyatlı tutmaq üçün qısa müddətdə Cavid Qurbanovun qəbəluna gedib. Özü də əlində çantayla, əl çantasıyla idarə rəisinin qapısında bir xeyli gözləsə də, onu qəbul edən olmayıb.
Qeyd edilir ki, durumu belə görən DMHİRK sədri təcili olaraq Həmkarlar İttifaqları Konfederasiyasının sədri,millət vəkili Səttar Mehbalıyevə minnətçi düşüb. Bu minnətçilik Bağırovun bir müddət vəzifə başında qalmasına yardımçı olsa da, bunun üzün sürə biləcəyi ehtimal edilmir. Güman olunur ki, Cavid Qurbanovun başı parlament seçkilərinə qarışdığından DMHİRK sədri ilə bağlı məsələni arxa plana keçirib. Seçkilər artıq başa çatıb, dünən isə Milli Məclisin yeni tərkibi açıqlanıb. Və Cavid Qurbanovun bundan sonra yalnız işləriylə məşğul olacağı gözlənilir.(JAM.az)
P.S. Növbəti yazımızda «Lokomotiv» İstirahət Mərkəzi ətrafında oynanılan oyunlar, Fəzail Bağırovun falçılara niyə böyük miqdarda pullar xərclədiyi, habelə mərhum Murtuz Ələsgərovun yaşadığı binada DMHİRK sədrinin hər biri 230 kv.metr olan iki mənzil almasının səbəbləri və digər mətləblərlə də bağlı geniş məlumat verəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.